Tarix:04/09/14
Proqramın məqsədi qrafen və onun əsasında hazırlanan qurğuların elmi tədqiqi laboratoriyalardan ümumi istehlak bazarına çıxarılmasıdır. Avropanın “The Graphene Flagship” adlandırılan yeni proqramı Avropa İttifaqının (Aİ) yaxın on ildə həyata keçirəcəyi çoxlu qlobal elmi proqramlardan biridir. Aylıq büdcəsi 54 milyon avro təşkil edəcək proqram çərçivəsində 17 Avropa ölkəsinin 76 akademik elmi müəssisəsinin və sənaye qrupunun alimləri səylərini birləşdirəcək.
Hazırda qrafenlə əlaqədar aparılan bütün elmi işlərin qarşısında yalnız bir məqsəd – bir sıra unikal fiziki, kimyəvi və elektrik xüsusiyyətlərə malik materialın praktiki tətbiqinin istənilən növünü aşkar etmək durur. Bu gün bu sahədə yaranan vəziyyətdən və qrafenli məhsulların istehsal texnologiyasının olmamasından belə məlum olur ki, materialın 2020-ci ildən tez kütləvi istifadəsinə başlanmayacaq. Məhz buna görə “The Graphene Flagship” proqramına nəzəri baza və praktiki texnologiyalar hazırlayacaq çoxlu sayda akademik elmi müəssisələr cəlb olunub ki, bunlar da gələcəkdə kommersiya sənaye müəssisələri tərəfindən tətbiq ediləcək.
İnvestisiya həcminin çox olması və “The Graphene Flagship” proqramının uzun müddət ərzində həyata keçirilməsini nəzərə almaqla belə qənaətə gəlmək olar ki, müəyyən müddətdən sonra Avropada ABŞ-ın “Silikon vadisi” mərkəzinin analoqu olan “Qrafen vadisi” adlı mərkəz fəaliyyətə başlayacaq. Bu elmi-tədqiqi mərkəz sənaye qrupları və özəl istehsal şirkətləri ilə əhatə olunacaq. Onların arasında praktikada qrafen texnologiyalarını tətbiq edən çoxlu yeni şirkətin yer alacağı gözlənilir, - "SiliconTaiga” yazır.
Avropa İttifaqı “The Graphene Flagship” proqramının yaradılmasına 1 milyard avro yatıracaq
Avropa Komissiyasının nümayəndələri qrafen materialı və onunla əlaqədar texnologiyaların tədqiqi üzrə 10 illik yeni proqrama 1 milyard avro məbləğində investisiyanın yatırılmasına başlanmasını bəyan ediblər.Proqramın məqsədi qrafen və onun əsasında hazırlanan qurğuların elmi tədqiqi laboratoriyalardan ümumi istehlak bazarına çıxarılmasıdır. Avropanın “The Graphene Flagship” adlandırılan yeni proqramı Avropa İttifaqının (Aİ) yaxın on ildə həyata keçirəcəyi çoxlu qlobal elmi proqramlardan biridir. Aylıq büdcəsi 54 milyon avro təşkil edəcək proqram çərçivəsində 17 Avropa ölkəsinin 76 akademik elmi müəssisəsinin və sənaye qrupunun alimləri səylərini birləşdirəcək.
Hazırda qrafenlə əlaqədar aparılan bütün elmi işlərin qarşısında yalnız bir məqsəd – bir sıra unikal fiziki, kimyəvi və elektrik xüsusiyyətlərə malik materialın praktiki tətbiqinin istənilən növünü aşkar etmək durur. Bu gün bu sahədə yaranan vəziyyətdən və qrafenli məhsulların istehsal texnologiyasının olmamasından belə məlum olur ki, materialın 2020-ci ildən tez kütləvi istifadəsinə başlanmayacaq. Məhz buna görə “The Graphene Flagship” proqramına nəzəri baza və praktiki texnologiyalar hazırlayacaq çoxlu sayda akademik elmi müəssisələr cəlb olunub ki, bunlar da gələcəkdə kommersiya sənaye müəssisələri tərəfindən tətbiq ediləcək.
İnvestisiya həcminin çox olması və “The Graphene Flagship” proqramının uzun müddət ərzində həyata keçirilməsini nəzərə almaqla belə qənaətə gəlmək olar ki, müəyyən müddətdən sonra Avropada ABŞ-ın “Silikon vadisi” mərkəzinin analoqu olan “Qrafen vadisi” adlı mərkəz fəaliyyətə başlayacaq. Bu elmi-tədqiqi mərkəz sənaye qrupları və özəl istehsal şirkətləri ilə əhatə olunacaq. Onların arasında praktikada qrafen texnologiyalarını tətbiq edən çoxlu yeni şirkətin yer alacağı gözlənilir, - "SiliconTaiga” yazır.
Baxış sayı: 863
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır