12px13px15px17px
Tarix:04/09/14

“Sony” şirkəti yeni həllərini nümayiş etdirib

"Sony" şirkəti "IFA 2014" Berlin sərgisinin açılışı çərçivəsində "Z3 Compact" və "E3" modellərini daxil edən yeni "Xperia" smartfonlarını,  iki ədəd daşınan qurğu, həmçinin "Smart Band Talk" fitnes trekeri və "SmartWatch 3" saatlarını nümayiş etdirib.
 
"Z3 Compact" smartfonu əvvəl təqdim edilmiş "Z3" qabaqcıl qurğusunun kiçildilmiş versiyasıdır. Şirkətin məlumatına əsasən, smartfon 2.5 QHs-lik "Qualcomm Snapdragon 801" çipi, "Sony Exmor RS" datçikinə əsaslanan 20,7 meqapiksellik kamera ilə təchiz edilib. Böyük "Z3" modelində olduğu kimi "Compact" versiya sukeçirməz korpusla təchiz edilib.
 
Böyük modeldən fərqli olaraq, kiçik versiya 720p təsvir ölçülü 4,7 düymlük ekranla təchiz olunub.
 
"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Sony E3" modeli orta qiymət səviyyəsinə məxsus kütləvi smartfondur. Bu model 854x480 təsvir ölçülü 4,5 düymlük ekran, 1.2 QHs takt tezlikli dördnüvəli "Snapdragon 400" prosessoru, 1 QB əməli yaddaş, 4 QB daxili yaddaşı, 5 meqapiksellik kamera və "Android 4.4 KitKat" sistemi ilə təchiz edilib.
 

Şirkətdən bildirilib ki, "SmartWatch 3" smart saatları 1,2 QHs-lik çip və 512 MB əməli yaddaş, 4 QB daxili yaddaş və 420 milliamper/saat tutumunda batareya, 320x320 piksel təsvir ölçülü 1.6 düymlük ekranla təchiz olunub. Saatın korpusu "IP68" standartına uyğun hazırlanıb, yəni cihaz su və tozkeçirməzdir. Qurğu adi "microUSB" kabeli vasitəsilə enerji toplayır.
 
"SmartWatch 3"-in satışlarına cari ilin payızında start veriləcək, qurğunun qiyməti 230 avro təşkil edəcək.

 
Emil Hüseynov



Baxış sayı: 837

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024