12px13px15px17px
Tarix:04/09/14

Müraciətlərin çoxluğu nəzərə alınaraq “Elektron məktəb üçün elektron müəllim” kursunun müddəti uzadılıb

Azərbaycan Respublikasının pedaqoji yönümlü ali təhsil müəssisələrində çalışan müəllim və tələbələri, məktəbəqədər təhsil müəssisəsi və orta məktəblərdə dərs deyən müxtəlif fənn müəllimləri üçün nəzərdə tutulan “Elektron məktəb üçün elektron müəllim”ə müraciətlərin çox olmasını nəzərə alaraq, kursun sentyabrın 15-nə qədər davam etdirilməsi qərara alınıb.
 
Təhsil Problemləri İnstitutunda (Ünvan: Bakı şəhəri, Afiyəddin Cəlilov küç., 22) keçirilən kurslarda hazırlanmış elektron dərs, e-resurslarının müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması və distant təhsili aparma qaydaları və s. hazırlığı aparılır. Kursun müddəti bir aydır. Kurs Təhsil Problemləri İnstitutunda 3 gün praktik olaraq iştirak, qalan günləri isə distant olaraq keçiriləcək.
 
Ödənişli olan kursun dəyəri 60 manatdır.
 
 Kursun nəzəri hissəsi TPİ-nin 2-ci binasında keçiriləcək. İştirakçıların özləri ilə şəxsi kompüterini gətirməsi tövsiyə olunur. Təlimçi respublikanın əməkdar müəllimi Almaz (http://www.almazhasret.com/) Həsrətdir.
 
Qeydiyyat üçün 493 53 47 nömrəsinə zəng etmək olar. Sonda müdavimlərə sertifikat veriləcək.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1634

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024