12px13px15px17px
Tarix:04/09/14

Fabletlər populyarlaşıb

“International Data Corporation” (IDC) analitiklərinin proqnozuna görə, 2014-cü ildə 5,5 düymdən çox ekrana malik smartfonlar – fabletlər (və ya planşetofon) tədarük həcminə görə yığcam FK-i, 2015-ci ildə planşetləri ötəcək.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin qiymətləndirməsinə əsasən, cari ildə dünyada 175 milyon fabletlər tədarük ediləcək, halbuki 170 milyon səviyyəsində yığcam FK tədarükü gözlənilir. Növbəti il böyükölçülü smartfonların tədarükü 318 milyona çatacaq.
 
Fabletlər yeni məhsul kateqoriyasına aid olsalar da, ekspertlər qeyd edirlər ki, böyükölçülü smartfonlar artıq bazarda mühüm rol oynayır və 7 düymlük planşetləri sıxışdırmağa nail olublar.
 
"Yaxın günlərdə “Apple”ın qurğularının bu kateqoriyanı doldurmasını nəzərə alaraq biz fabletlərə diqqətin artmasına umid edirik" – analitik Melissa Çau bildirib və əlavə edib ki, böyük ekranlar smartfonlar üçün standart hala çevrilir. “IDC” analitik şirkətinin nümayəndələri hesab edirlər ki, 2018-ci ildə fabletlərin tədarükü təxminən 593 milyona çatacaq və ümumi smartfon tədarükü həcmində bu cihazların bazar payı 32,2%-dək artacaq.
 
Emil Hüseynov
 



Baxış sayı: 955

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024