12px13px15px17px
Tarix:05/09/14

NATO Tallində kiberpoliqon yaradacaq

Estoniyada NATO-nun kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanması üzrə mərkəzi yaradılacaq. Bu barədə müvafiq saziş Uelsdə keçirilən sammit zamanı ölkənin müdafiə naziri Sven Mikser və alyansın transformasiya üzrə baş komandanı Fransa generalı Jan-Pol Palomeros arasında imzalanıb.
 
Kiberpoliqon Estoniya paytaxtı Tallində yerləşəcək. Mərkəzin bazasında ekspert hazırlığı və informasiya sistemlərinin təhlükəsizliyi sahəsində müxtəlif təlimlər həyata keçiriləcək. Virtual kibersahədə təlimin formatı həm fərdi, həm də komanda bacarıqlarının məşqlərini nəzərdə tutur.
 
“Bu, alyansın Estoniyada iştirakını gücləndirəcək və burada kibertəhlükəsizlik üzrə mütəxəssislər komandasını toplamağa imkan verəcək”, - Estoniya müdafiə naziri layihəni şərh edərkən bildirib. 
 
Qeyd edək ki, 2008-ci ildən Estoniyada NATO-nun Kibermühafizə Mərkəzi fəaliyyət göstərir. Mərkəzin vəzifəsi alyansın kibermühafizə sahəsində təlim və inkişaf üzrə layihələrin həyata keçirilməsi ilə imkanlarının möhkəmləndirilməsindən ibarətdir. Hazırda mərkəzin işində on ölkə (ABŞ, Estoniya, Almaniya, Slovakiya, İtaliya, Litva, Latviya, İspaniya, Macarıstan və Polşa) iştirak edir.   
 
Müasir dövrdə kiberhücumlardan mühafizə dünya ölkələrinin diqqətini daha çox cəlb edir. 2011-ci ilin mayında ABŞ Dövlət Departamenti strategiya qəbul edərək haker hücumuna ölkənin silahlı hücumla cavab vermək hüququnu özündə saxlamasını bəyan edib, - "Lenta www.lenta.ru” yazır.



Baxış sayı: 916

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024