12px13px15px17px
Tarix:05/09/14

Rabitə sahəsində kredit qoyuluşlarının həcmi artıb

Bu ilin 7 ay ərzində kredit qoyuluşu bir sıra sahələrlə yanaşı, rabitə sektorunda da artıb. “ICTnews” xəbər xidməti bildirir ki, bununla bağlı Mərkəzi Bank (MB) “Kredit qoyuluşlarının sahələr üzrə strukturu” adlı statistik göstəricilərində məlumat yerləşdirib.
 
MB-nıin açıqladığı statistikaya görə, sözügedən müddətdə “Nəqliyyat və rabitə”də kredit qoyuluşları 72,7 milyon manat artaraq 578,7 milyon manata çatıb. Bundan başqa, “Ticarət və xidmət” sektorunda 238,9 milyon manat artaraq 2 milyard 458.8 milyon manat, “Sənaye və istehsal”da 478,4 milyon manat artaraq 1 milyard 994.8 milyon manat olub.
 
 
Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində real sektora kredit qoyuluşu 1 milyard 611,1 milyon manat və ya 10,4% artaraq 15 milyard 422.9 milyon manatdan 17 milyard 34 milyon manata yüksəlib.
 
 
Real sektora kredit qoyuluşunun 6 milyard 986,1 milyon manatını ev təsərrüfatlarına verilmiş kreditlər, o cümlədən 999,6 milyon manatını daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilmiş kreditlər təşkil edib.
 
 
SEYMUR



Baxış sayı: 1093

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024