12px13px15px17px
Tarix:05/09/14

Müəllim hazırlığında innovativ yanaşmalar və informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi üzrə müzakirələr aparılacaq

Müəllim hazırlığında innovativ yanaşmalar və informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi üzrə müzakirələr aparılacaq.
 
Müzakirələr Təhsil Nazirliyi, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “Mədəd Azərbaycan” təşkilatı və Azərbaycan-ABŞ Təhsilli Məzunlar Assosiasiyası tərəfindən təşkil olunmuş “Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi” çərçivəsində həyata keçiriləcək. Sentyabrın 13-nə qədər davam edəcək “Yay Məktəbi”nin əsas məqsədi təhsil ilə maraqlanan və bu sahədə təhsilini başa vurmuş məzunların, gənc liderlərin müəyyən edilməsi ilə “Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın yerinə yetirilməsinə dəstək göstərmək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması üçün gənc kadrlar yetişdirməkdir.
 
 
“Yay Məktəbi” çərçivəsində təlim, təqdimat, müzakirə, debat və “TEDx” formatında təhsil siyasəti, təhsildə strateji planlaşdırma, təhsil layihələrinin idarə olunması və qiymətləndirilməsi, təhsildə tədqiqatların rolu, təhsildə idarəetmə, qiymətləndirmə və monitorinq, məktəb idarəetməsi və liderlik kimi mövzular əhatə olunacaq.
 
 
Müsabiqə yolu ilə seçilmiş “Yay Məktəbi”nin iştirakçıları arasında Azərbaycan Respublikasının və xarici ölkə universitetlərinin məzunları, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksəksəviyyəli ünsiyyət bacarıqlarına malik olan gənclər var. “Yay Məktəbi”ndə bir sıra universitet nümayəndələri, yerli və beynəlxalq təhsil ekspertləri, ölkənin ictimaiyyət xadimləri, biznes və media strukturlarının nümayəndələri və bir çox digər mütəxəssislər təlimçi və spiker qismində iştirak edəcəklər.
 
 
Qeyd edək ki, Qubada Azərbaycan Dövlət İqtisad Universitetinin tədris, idman və istirahət kompleksində artıq “Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi”nin açılış mərasimi keçirilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1223

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024