12px13px15px17px
Tarix:05/09/14

“Entensys” şirkəti öz məhsullarında Azərbaycan dilinin dəstəklənməsini təşkil edəcək

“Entensys” şirkəti bu günlərdə “UserGate Web Filter” məhsulunu qazax dilində lokallaşdırıb. Şirkət yaxın məhsullarını gələcəkdə türk dili qrupuna aid olan digər ölkələrin dilində, o cümlədən Azərbaycan dilində də lokallaşdırmaq niyyətində olduğunu bildirib.

“ICTnews” xəbər xidmətinin “www.it-top.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu günədək qeyd edilən məhsullar rus, ingilis, alman, fransız və ərəb dillərini  dəstəkləyib.

“UserGate Web Filter” dövlət strukturlarında, məktəblərdə, ali təhsil ocaqlarında, ictimai “Wi-Fi” şəbəkələrində və telekommunikasiya şirkətlərində internetin təhlükəsiz istifadəsini təmin edir. 

Öz məhsulunu qazax dilində yenicə lokallaşdıran şirkət bildirib ki, gələcəkdə “.kz” və “.аz” seqmentlərinin əhatəsini genişləndirmək niyyətindədir. Hazırda morfoloji lüğətlərin dəstəklənməsi və inkişafı üçün təcrübəli peşəkar linqvistlər cəlb edilir.
 
Aynur Vəliyeva
 
 



Baxış sayı: 1302

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024