Tarix:06/09/14
“Bizim üçün dünyada bütün insanları internet şəbəkəsinə qoşmaq böyük əhəmiyyət kəsb edir. Buna görə “Facebook”a növbəti onilliklərdə milyardlara dollar sərf etmək tələb olunsa belə, hesab edirəm ki, uzunmüddətli perspektivdə bu, bizim və bütün dünya üçün müsbət addım olacaq”, - M.Sukerberq Meksika milyarderi Karlos Slim tərəfindən təşkil olunan tədbirdə bəyan edib.
2013-cü ilin avqustunda şirkətin baş direktoru məqsədi dünyada beş milyard insanın qoşulması (söhbət əsasən yoxsul Afrika ölkələrinin əhalisindən gedir) olan “Internet.org” fondunu işə salıb. Layihə çərçivəsində “Facebook” tərəfdaşların köməyi ilə elektron məlumatların ötürülməsinin səmərəliliyini artırmağı və internetə qoşulma haqqını 100 dəfə azaltmağı planlaşdırır.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) proqnozuna görə, 2014-cü ilin sonunadək dünyada təxminən üç milyard insan internetə çıxış imkanı əldə edəcək. Hazırda “Facebook” sosial şəbəkəsindən hər ay 1,3 milyarddan çox insan istifadə edir.
Oxşar təşəbbüslə “Google” şirkəti də çıxış edib. Belə ki, internet şirkəti atmosfer peyklərinin və internetə dünyanın ucqar region sakinlərini qoşmağa imkan verən digər pilotsuz uçan aparatların inkişafına bir milyard dollar məbləğində investisiya yatırmaq niyyətindədir, - "Lenta” www.lenta.ru yazır.
Sosial şəbəkə insanların internetə qoşulması üçün milyardlarla dollar xərcləyəcək
Dünyanın ən böyük sosial şəbəkəsinin sahibi “Facebook” şirkəti hazırda internetə çıxış imkanı olmayan insanların ona qoşulması üçün milyardlarla dollar xərcləməyə hazırdır. Bu barədə şirkətin baş direktoru Mark Sukerberqə istinadən “Reuters” agentliyi məlumat verib.“Bizim üçün dünyada bütün insanları internet şəbəkəsinə qoşmaq böyük əhəmiyyət kəsb edir. Buna görə “Facebook”a növbəti onilliklərdə milyardlara dollar sərf etmək tələb olunsa belə, hesab edirəm ki, uzunmüddətli perspektivdə bu, bizim və bütün dünya üçün müsbət addım olacaq”, - M.Sukerberq Meksika milyarderi Karlos Slim tərəfindən təşkil olunan tədbirdə bəyan edib.
2013-cü ilin avqustunda şirkətin baş direktoru məqsədi dünyada beş milyard insanın qoşulması (söhbət əsasən yoxsul Afrika ölkələrinin əhalisindən gedir) olan “Internet.org” fondunu işə salıb. Layihə çərçivəsində “Facebook” tərəfdaşların köməyi ilə elektron məlumatların ötürülməsinin səmərəliliyini artırmağı və internetə qoşulma haqqını 100 dəfə azaltmağı planlaşdırır.
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) proqnozuna görə, 2014-cü ilin sonunadək dünyada təxminən üç milyard insan internetə çıxış imkanı əldə edəcək. Hazırda “Facebook” sosial şəbəkəsindən hər ay 1,3 milyarddan çox insan istifadə edir.
Oxşar təşəbbüslə “Google” şirkəti də çıxış edib. Belə ki, internet şirkəti atmosfer peyklərinin və internetə dünyanın ucqar region sakinlərini qoşmağa imkan verən digər pilotsuz uçan aparatların inkişafına bir milyard dollar məbləğində investisiya yatırmaq niyyətindədir, - "Lenta” www.lenta.ru yazır.
Baxış sayı: 1132
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib