Tarix:08/09/14
Təşəbbüsün əsas məqsədi “TCP/IP” protokollarını əvəz edərək praktikada tətbiq olunan protokollar toplusunun hazırlanması, eləcə də şəbəkələrin dayanıqlığını və mühafizəsini artırmaqdan ibarətdir.
Bundan başqa, yeni sistemin hazırda ötürülən kontenti daha yaxşı emal etməyə və mürəkkəb əlavələrin yaradılmasını sadələşdirməyə kömək edəcəyi bildirilir.
Problemin müzakirəsində iştirak edən mütəxəssislər sırasına həmçinin Los-Anceles Kaliforniya Universiteti, San-Dieqo Kaliforniya Universiteti, Kolorado Universiteti, Arizona Universiteti, Çinin Sinhua və Tuntszi universitetləri, Cənubi Koreyanın Anyanqa Universiteti, Yaponiyanın Vaseda Universitetinin alimləri daxildir. Bundan əlavə, görüşdə “Intel”, “Huawei”, “Alcatel-Lucent”, “Qualcomm”, “Comcast” və “Orange” şirkətlərinin ekspertləri iştirak edib.
“Named Data Networking” (NDN) üzərində işə uzun müddətdir başlanıb, onun maliyyələşdirilməsinə 2010-cu ildə “NSF” tərəfindən start verilib. Problemin tədqiqinin daha da irəliyə getməsi üçün ekspertlər açıq çıxış kodlu proqram təminatı yaratmağı planlaşdırırlar.
Mütəxəssislərin sözlərinə görə, onlar informasiyanın yayılması və məlumatların məxfiliyi arasında balansı saxlamaq niyyətindədirlər. Onların fikrincə, mövcud protokollar lazimi effekt vermir, “NDN” isə bu sahədə uğur qazanmaq üçün bütün imkanlara malikdir.
“TCP/IP” şəbəkələrdə, o cümlədən internetdə istifadə edilən şəbəkə məlumat ötürmə protokolları toplusudur. “TCP/IP” adı bu standartda ilk dəfə yaradılaraq təsvir edilən iki vacib protokol ailəsinin - “Transmission Control Protocol” (TCP) və “Internet Protocol” (IP) adından götürülüb. “TCP/IP” 1970-ci ildə ABŞ hökumətinin xüsusi “Advanced Research Project Agency” (ARPA) şöbəsi tərəfindən maliyyələşdirilən tədqiqatlar nəticəsində təşəkkül tapıb. Protokollar bütün şəbəkələri vahid virtual şəbəkədə (internetwork) birləşdirəcək ümumi standart kimi hazırlanıb, - "NEWSru.com” yazır.
Aparıcı şirkətlər və alimlər "TCP/IP” protokollarını müzakirə edirlər
ABŞ Milli Elm Fondunun (NSF), “Cisco”, “Verisign”, “Panasonic” şirkətlərinin nümayəndələri və dünyanın bir sıra mütəxəssisləri bu həftə Los-Ancelesdə görüşərək ilk dəfə “Named Data Networking Consortium” konsorsiumunun yaradılması məsələsini müzakirə ediblər.Təşəbbüsün əsas məqsədi “TCP/IP” protokollarını əvəz edərək praktikada tətbiq olunan protokollar toplusunun hazırlanması, eləcə də şəbəkələrin dayanıqlığını və mühafizəsini artırmaqdan ibarətdir.
Bundan başqa, yeni sistemin hazırda ötürülən kontenti daha yaxşı emal etməyə və mürəkkəb əlavələrin yaradılmasını sadələşdirməyə kömək edəcəyi bildirilir.
Problemin müzakirəsində iştirak edən mütəxəssislər sırasına həmçinin Los-Anceles Kaliforniya Universiteti, San-Dieqo Kaliforniya Universiteti, Kolorado Universiteti, Arizona Universiteti, Çinin Sinhua və Tuntszi universitetləri, Cənubi Koreyanın Anyanqa Universiteti, Yaponiyanın Vaseda Universitetinin alimləri daxildir. Bundan əlavə, görüşdə “Intel”, “Huawei”, “Alcatel-Lucent”, “Qualcomm”, “Comcast” və “Orange” şirkətlərinin ekspertləri iştirak edib.
“Named Data Networking” (NDN) üzərində işə uzun müddətdir başlanıb, onun maliyyələşdirilməsinə 2010-cu ildə “NSF” tərəfindən start verilib. Problemin tədqiqinin daha da irəliyə getməsi üçün ekspertlər açıq çıxış kodlu proqram təminatı yaratmağı planlaşdırırlar.
Mütəxəssislərin sözlərinə görə, onlar informasiyanın yayılması və məlumatların məxfiliyi arasında balansı saxlamaq niyyətindədirlər. Onların fikrincə, mövcud protokollar lazimi effekt vermir, “NDN” isə bu sahədə uğur qazanmaq üçün bütün imkanlara malikdir.
“TCP/IP” şəbəkələrdə, o cümlədən internetdə istifadə edilən şəbəkə məlumat ötürmə protokolları toplusudur. “TCP/IP” adı bu standartda ilk dəfə yaradılaraq təsvir edilən iki vacib protokol ailəsinin - “Transmission Control Protocol” (TCP) və “Internet Protocol” (IP) adından götürülüb. “TCP/IP” 1970-ci ildə ABŞ hökumətinin xüsusi “Advanced Research Project Agency” (ARPA) şöbəsi tərəfindən maliyyələşdirilən tədqiqatlar nəticəsində təşəkkül tapıb. Protokollar bütün şəbəkələri vahid virtual şəbəkədə (internetwork) birləşdirəcək ümumi standart kimi hazırlanıb, - "NEWSru.com” yazır.
Baxış sayı: 877
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib