12px13px15px17px
Tarix:08/09/14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron xidmətlərindən bir ay ərzində 90 min dəfədən çox istifadə olunub

Avqust ayında  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalı vasitəsilə göstərilən elektron xidmətlərindən istifadə sayı 90404 ədəd təşkil edib.
 
Bu müddətdə RYTN-in e-xidmətləri arasında ən çox - 65161 dəfə  “Telefon nömrəsi üzrə axtarış” xidmətindən istifadə olunub.
 
Bununla yanaşı, vətəndaşların rabitə və yüksək texnologiyalar sahəsi üzrə ən çox yararlandığı xidmətlər sırasında  “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” (13249), “E-İmza - Operator üçün menyu” (3869), “Mobil cihazların qeydiyyatdan keçirilməsi” (1218) və  “Mobil cihazların IMEI kodunun yoxlanılması” (760) e-xidmətləri yer alıb.
 
CAHANGİR
 



Baxış sayı: 930

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024