Tarix:09/09/14
Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkədə son zamanlar yüksək texnologiyalar sektorunda əldə edilən nailiyyətlərdən danışıb.
"Elektron hökumət" proqramının uğurlu tətbiqi nəticəsində ölkənin bütün regionlarında yaşayan insanların elektron xidmətlərdən istifadəsi təmin edilib. Bununla yanaşı, ən son informasiya texnologiyalarının ölkədə tətbiqinə imkan yaradılıb. Bu gün simsiz və fiber-optik kabellər üzərindən internetə çıxış imkanı yaradılıb, artıq internet, insanlar arasında əlaqə vasitəsi olmaqla yanaşı, biznesin inkişafına təkan verən bir alətə çevrilib. Bu cür forumların keçirilməsi bizim yüksək texnologiyalar sektorunun inkişafı istiqamətində həyata keçirdiyimiz işlərə yeni töhfələr verir", - deyə nazir müavini qeyd edib.
Tədbirdə "Rəqəmli ipək yolunu yaradaraq" mövzusunda məruzə ilə "Renesys/Dyn" şirkətinin nümayəndəsi Jim Kaui, "CloudFlare"də kontentin çatdırılması şəbəkəsi trafikinin təmin edilməsi" məruzəsi ilə "CloudFlare" şirkətinin nümayəndəsi Martin Livay,"İPv6 protokolunun tətbiqi üzrə praktiki tövsiyələr" məruzəsi ilə "RİPE NCC" təşkilatının nümayəndəsi Marko Hoqenvoninq və digər ekspertlər çıxış ediblər.
Aynur Vəliyeva
Bakıda internet bazarında yeni tendensiyaların müzakirəsinə həsr olunmuş beynəlxalq forum keçirilir
Bu gün Bakıda beynəlxalq "Eurasia Network Operators Group 8" forumu işə başlayıb.Tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkədə son zamanlar yüksək texnologiyalar sektorunda əldə edilən nailiyyətlərdən danışıb.
"Elektron hökumət" proqramının uğurlu tətbiqi nəticəsində ölkənin bütün regionlarında yaşayan insanların elektron xidmətlərdən istifadəsi təmin edilib. Bununla yanaşı, ən son informasiya texnologiyalarının ölkədə tətbiqinə imkan yaradılıb. Bu gün simsiz və fiber-optik kabellər üzərindən internetə çıxış imkanı yaradılıb, artıq internet, insanlar arasında əlaqə vasitəsi olmaqla yanaşı, biznesin inkişafına təkan verən bir alətə çevrilib. Bu cür forumların keçirilməsi bizim yüksək texnologiyalar sektorunun inkişafı istiqamətində həyata keçirdiyimiz işlərə yeni töhfələr verir", - deyə nazir müavini qeyd edib.
Tədbirdə "Rəqəmli ipək yolunu yaradaraq" mövzusunda məruzə ilə "Renesys/Dyn" şirkətinin nümayəndəsi Jim Kaui, "CloudFlare"də kontentin çatdırılması şəbəkəsi trafikinin təmin edilməsi" məruzəsi ilə "CloudFlare" şirkətinin nümayəndəsi Martin Livay,"İPv6 protokolunun tətbiqi üzrə praktiki tövsiyələr" məruzəsi ilə "RİPE NCC" təşkilatının nümayəndəsi Marko Hoqenvoninq və digər ekspertlər çıxış ediblər.
Aynur Vəliyeva
Baxış sayı: 1520
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır