12px13px15px17px
Tarix:11/09/14

Onlarla iri sayt şəbəkə neytrallığını dəstəkləyib

ABŞ-da “Reddit”, “Netflix” və “Upworhty” kimi onlarla İT şirkəti və hüquq müdafiə təşkilatları bu gün ölkənin qanunverici orqanını internetin sürətinin zəiflədilməsindən imtina etməyə çağıran aksiya keçirəcək. Söhbət provayderlərə müxtəlif saytlara trafikin fərqli sürətlə verilməsi imkanını nəzərdə tutan qanundan gedir.
 
Qanuna görə, rabitə tədarükçüsü ilə imzalanan sazişin şərtlərindən asılı olaraq saytlardan biri zəif, digəri sürətli yüklənəcək. Etiraz edənlərin fikrincə, bu, bütün internet trafikinin eyni sürətdə olmasını nəzərdə tutan şəbəkə neytrallığına ziddiyyət təşkil edir. 
 
“Mozilla” (Firefox brauzerinin yaradıcısı), “Foursquare”, “Vimeo” və digər məşhur şirkətlər aksiyada iştirak edəcəklərini bəyan edib. Bu resursların hamısında məlumatların zəif sürətlə ötürülməsini (əslində sürət zəifləməyəcək) bildirən yükləmə nişanı göstəriləcək. Aksiyada digər məqsədlərdən biri isə istifadəçilərə qanunun qəbul ediləcəyi təqdirdə provayderlərin saytlardan birini digərindən üstün tutmasının nə ilə nəticələnəcəyini anlatmaqdan ibarətdir.
 
“Facebook” sosial şəbəkəsi resursda sürətin zəiflədilməsini bildirən nişanı yerləşdirməkdən imtina etsə də, şəbəkə neytrallığına dəstək nümayiş etdirib. Şirkət ABŞ qanun tənzimləyicilərini ödənişli trafikin prioritet edilməsinə qarşı sərt qaydalar qəbul etməyə çağırıb ki, internet söz azadlığı və kommersiya üçün açıq platforma kimi fəaliyyət göstərsin, - “ www.vesti.ru” yazır. 
 



Baxış sayı: 1001

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024