Tarix:11/09/14
Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda keçirilən Avropa Şurasının (AŞ) üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə konfransda söyləyib. Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizədə digər metodlarla yanaşı, İKT-nin tətbiqi müsbət nəticələr verir:
“Qəbul edilmiş strategiyaya əsasən, sosial birlik cəmiyyətin bütün üzvlərinin rifahını təmin etmək bacarığıdır. Bu, ingilis dilində “cohesion” sözü ilə ifadə olunur ki, onun Azərbaycan dilində vəhdət, ahəng, uzlaşma və s. kimi qarşılığı mövcuddur. Azərbaycan hökumətinin “sosial birlik” anlayışı da eyni zamanda cəmiyyətdə vəhdət, ahəng və uzlaşmanı ehtiva edir. Bu anlayış “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında təsbit olunub. Konsepsiyada insan kapitalının inkişafı, təhsil və səhiyyənin keyfiyyətinin yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, gənclərin potensialının artırılması və yoxsulluğun azaldılması və s. kimi prioritetlər də əksini tapıb”.
Azərbaycanın sosial birlik prinsipinə sadiq olduğunu qeyd edən S.Müslümov bildirib ki, ölkəmiz 2002-ci ildə AŞ-nin İnsan hüquqlarının və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyasını, 2004-cü ildə Avropa Sosial Xartiyasını ratifikasiya edib. Ötən müddətdə ölkəmiz həmçinin Avropa Şurasının müvafiq qurumları ilə konstruktiv əməkdaşlıq qurub. Nazir bu konfransda aparılacaq müzakirələrin Sosial Birlik üzrə Strategiyanın 2015-ci ildə nəzərdə tutulan icmalı və yenidən işlənməsi üçün faydalı olacağına əminliyini bildirib.
SEYMUR
Ölkədə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi sahəsində çox böyük işlər görülüb
“Ölkəmizdə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi sahəsində çox böyük işlər görülüb”.Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda keçirilən Avropa Şurasının (AŞ) üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə konfransda söyləyib. Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizədə digər metodlarla yanaşı, İKT-nin tətbiqi müsbət nəticələr verir:
“Qəbul edilmiş strategiyaya əsasən, sosial birlik cəmiyyətin bütün üzvlərinin rifahını təmin etmək bacarığıdır. Bu, ingilis dilində “cohesion” sözü ilə ifadə olunur ki, onun Azərbaycan dilində vəhdət, ahəng, uzlaşma və s. kimi qarşılığı mövcuddur. Azərbaycan hökumətinin “sosial birlik” anlayışı da eyni zamanda cəmiyyətdə vəhdət, ahəng və uzlaşmanı ehtiva edir. Bu anlayış “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında təsbit olunub. Konsepsiyada insan kapitalının inkişafı, təhsil və səhiyyənin keyfiyyətinin yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı, gənclərin potensialının artırılması və yoxsulluğun azaldılması və s. kimi prioritetlər də əksini tapıb”.
Azərbaycanın sosial birlik prinsipinə sadiq olduğunu qeyd edən S.Müslümov bildirib ki, ölkəmiz 2002-ci ildə AŞ-nin İnsan hüquqlarının və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyasını, 2004-cü ildə Avropa Sosial Xartiyasını ratifikasiya edib. Ötən müddətdə ölkəmiz həmçinin Avropa Şurasının müvafiq qurumları ilə konstruktiv əməkdaşlıq qurub. Nazir bu konfransda aparılacaq müzakirələrin Sosial Birlik üzrə Strategiyanın 2015-ci ildə nəzərdə tutulan icmalı və yenidən işlənməsi üçün faydalı olacağına əminliyini bildirib.
SEYMUR
Baxış sayı: 996
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib