12px13px15px17px
Tarix:11/09/14

Türkiyədə "CeBit Bilişim Eurasia" sərgisi keçirilir

Sentyabrın 11-14 tarixlərində  Türkiyənin İstanbul şəhərində " CeBit Bilişim Eurasia" sərgisi keçiriləcək.
 
Azərbaycanı tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə dövlət və özəl qurumların nümayəndələri daxildir.
 
“CeBit Eurasia” Avrasiyada aparıcı platforma və seçilmiş bazarların ehtiyacını qarşılayır.  Avrasiya ölkələri arasında ən böyük və əhəmiyyətli tədbirlərdən biri olan "CEBIT Bilişim-2014" qlobal konfransı informasiya və kommunikasiya texnologiyaları istifadəçilərini və təchizatçılarını bir araya gətirir.
 
Sərginin keçirildiyi vaxt ərzində Almaniyada nüfuz qazanmış və dünyada rəqəmsal konfranslar sahəsində müvəffəqiyyətlər əldə etmiş “CeBit Global” konfransları da  keçiriləcəkdir .
 
 
Qeyd edək ki, tədbirdə 72 mindən çox peşəkar mütəxəssisin iştirakı gözlənilir. Qlobal konfrans çərçivəsində yüksəksəviyyəli görüşlərin, birgə "B2B" tədbirlərin, tematik sessiyaların, təqdimatların keçirilməsi nəzərdə tutulur.
 
 
Sərgi-konfransın əsas müzakirə mövzuları informasiya texnologiyaları, telekommunikasiya, rəqəmli media və istehlakçı elektronikası, dünya üzrə tendensiyalar və innovasiyalar, "ağıllı" şəhər, "ağıllı" dövlət, "ağıllı" bələdiyyə, elektron hökumət həlləri, İT sahəsində qadınlar, məhdudiyyətsiz   məlumat və s. olacaq.
 
SEYMUR
 



Baxış sayı: 965

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024