Tarix:12/09/14
"GSMA Intelligence" (GSMA Mobil Rabitə Operatorları Assosiasiyasının bölməsi) tədqiqat firmasının proqnozuna görə, 2020-ci ilədək mobil rabitə şəbəkələrinə qoşulmaların təxminən 66 faizi smartfonların köməyi ilə həyata keçiriləcək. Hazırda "ağıllı" telefonların payına düşən mobil qoşulmaların sayı 2 milyardı ötür ki, bu da ümumdünya göstəricisinin 33 faiznə uyğundur.
Beləliklə, telekommunikasiya bazarının ekspertlərinin qiymətləndirməsinə əsasən, 6 il sonra mobil şəbəkələrə 6 milyard smartfon qoşulacaq ki, bu göstərici indiki ilə müqayisədə üç dəfə yüksəkdir. Daha 3 milyard qoşulma adi mobil telefon, planşet, USB modem və routerlərin payına düşəcək.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, hesabata əsasən, smartfon bazarında inkişaf etməkdə olan ölkələrin rolu artır. Sonuncular hələ 2011-ci ildən etibarən smartfon istifadəçiləri tərəfindən həyata keçirilmiş mobil qoşulmaların sayına görə inkişaf etmiş ölkələri ötüb. Hazırda inkişaf etməkdə olan iqtisadiyyata malik dövlətlərdə dünyanın smartfon istifadəçilərinin 66 faizi yaşayır, 2020-ci ilədək isə bu göstərici 80 faizdək artacaq.
Emil Hüseynov
2020-ci ilədək mobil bazarın 66 faizni smartfonlar təşkil edəcək
Smartfon satışlarının qlobal artım dinamikası azalsa da, bu qurğulara tələbat, xüsusilə inkişaf etməkdə olan ölkələrdə əvvəlki kimi yüksəkdir."GSMA Intelligence" (GSMA Mobil Rabitə Operatorları Assosiasiyasının bölməsi) tədqiqat firmasının proqnozuna görə, 2020-ci ilədək mobil rabitə şəbəkələrinə qoşulmaların təxminən 66 faizi smartfonların köməyi ilə həyata keçiriləcək. Hazırda "ağıllı" telefonların payına düşən mobil qoşulmaların sayı 2 milyardı ötür ki, bu da ümumdünya göstəricisinin 33 faiznə uyğundur.
Beləliklə, telekommunikasiya bazarının ekspertlərinin qiymətləndirməsinə əsasən, 6 il sonra mobil şəbəkələrə 6 milyard smartfon qoşulacaq ki, bu göstərici indiki ilə müqayisədə üç dəfə yüksəkdir. Daha 3 milyard qoşulma adi mobil telefon, planşet, USB modem və routerlərin payına düşəcək.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, hesabata əsasən, smartfon bazarında inkişaf etməkdə olan ölkələrin rolu artır. Sonuncular hələ 2011-ci ildən etibarən smartfon istifadəçiləri tərəfindən həyata keçirilmiş mobil qoşulmaların sayına görə inkişaf etmiş ölkələri ötüb. Hazırda inkişaf etməkdə olan iqtisadiyyata malik dövlətlərdə dünyanın smartfon istifadəçilərinin 66 faizi yaşayır, 2020-ci ilədək isə bu göstərici 80 faizdək artacaq.
Emil Hüseynov
Baxış sayı: 911
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır