12px13px15px17px
Tarix:12/09/14

Azərbaycan Vergilər Nazirliyi videonəzarət qurğuları və kompüter avadanlıqları alır

Azərbaycan Vergilər Nazirliyi dörd şirkətlə videonəzarət qurğularının və kompüter avadanlıqlarının alınması ilə bağlı müqavilə imzalayıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, nazirlik “Gem Trade” şirkəti ilə videokameraların, uzaq məsafəli mikrofonların və montaj üçün kompüter dəstlərinin alınması üzrə 44 825 manat dəyərində müqavilə imzalayıb.
 
Vergilər Nazirliyinin    “Digital Sors” şirkəti ilə bağladığı müqavilə növbə və qeydiyyat aparatlarının, səsyazma və videomüşahidə qurğularının alınmasını nəzərdə tutur və ümumi dəyəri 1 048 263,62 manat təşkil edir.
 
Bununla yanaşı, Vergilər Nazirliyi  “Caspel” şirkəti ilə kamera sisteminin əvəz olunması və  giriş-çıxış sisteminin qurulması üzrə müqavilələr imzalayıb. Müqavilələrin dəyəri müvafiq olaraq 700 094,47 və 445 427,17 manatdır.
 
Aynur Vəliyeva



Baxış sayı: 983

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024