12px13px15px17px
Tarix:15/09/14

Bakıda AFFA və “Bakcell” şirkətinin dəstəyi ilə Mançester Yunayted Futbol Məktəbi açılır

Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" şirkəti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və İngiltərənin "Mançester Yunayted" futbol klubu arasında əldə edilmiş yeni razılaşmaya əsasən Bakıda daimi fəaliyyət göstərəcək Mançester Yunayted Futbol Məktəbi açılacaq.
 
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, ilkin mərhələdə, Akademiyanın istedadlar qruplarında hər birində 16 uşaq olmaqla 32 uşaq oxuyacaq. İstedadlar qruplarında təhsil pulsuz olacaqdır. Uşaqlar hər bir kateqoriya üzrə "Mançester Yunayted" klubundan ezam olunan məşqçilər tərəfindən seçim prosesində seçiləcəklər.
 
 
İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq:

1) U8/U9 - (2006 və 2007-ci il təvəllüdlü) - 16 uşaq

2) U10/U11 - (2004 və 2005-ci il təvəllüdlü) - 16 uşaq
 

Məşqlər Mançester Yunayted Futbol Məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistenti tərəfindən keçiriləcək. Məşqlərə başlamamışdan əvvəl uşaqlara ingilis dili tədris olunacaq (məşqdən qabaq həftədə ən azı iki dəfə). İstedadlar qruplarının seçilməsi 23 sentyabr tarixində "Bayıl Arena" stadionunda keçiriləcək. İstedadlar qruplarının seçilməsi prosesi başa çatdırıldıqdan sonra kommersiya əsaslı qrupların seçim prosesi başlayacaq.
 
 
Qeydiyyatdan keçməyi istəyənlər sentyabrın 12-dən 22-dək, iş günlərində, saat 09:00-dan 18:00-dək aşağıdakı əlaqə məlumatlarından istifadə edərək AFFA-nın nümayəndələri ilə əlaqə yarada bilərlər:
 
Ramin Həsənov: Tel.: +994 55 511 20 80   E-poçt: ramin.hasanov@affa.az
Kifayət Osmanova: +994 55 511 70 72      E-poçt:kifayat.osmanova@affa.az


 
Qeyd edək ki, 2013-cü ildə 6 uşaq və bu il 5 uşaq xüsusi bacarıqları ilə fərqlənərək Mançester şəhərində fəaliyyət göstərən Denston Kollecində təşkil olunmuş Mançester Yunayted Futbol Məktəbində iştirak etmişlər. AFFA və "Bakcell" şirkəti müştərək fəaliyyətlərini futbolun inkişafı naminə davam etdirməkdədirlər.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 583

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 İyun 2018

25/06/18
Dünyada ən kiçik kompüter təqdim olunub

Miçiqan Universitetinin alimləri dünyada ən kiçik kompüter hazırlayıblar. Eni 0.3 mm təşkil edən bu kompüter 

25/06/18
“WhatsApp” messencerində stikerlər əlçatan olacaq

“WhatsApp” messencerinin tərtibatçıları istifadəçilər üçün stikerləri əlçatan etməyə hazırlaşırlar.

25/06/18
Ötən il internetdə kibercinayətkarlığa həsr edilən hesabat dərc edilib

ABŞ Federal Təhqiqatlar Bürosu 2017-ci ildə dünyada internetdə kibercinayətkarlığın əsas tendensiyalarının 

24 06 2018