12px13px15px17px
Tarix:16/09/14

Üzeyir Hacıbəyli irsinə həsr olunmuş “Elektron məlumat bazası”nın təqdimat mərasimi keçiriləcək

18 sentyabr tarixində Azərbaycan Milli Kitabxanasında "Üzeyir Hacıbəyli irsi" mövzusunda kitab sərgisinin və "Elektron məlumat bazası"nın təqdimat mərasimi keçiriləcək. Kitabxanadan bildirilib ki, mərasim Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq.
 
Qeyd edək ki, Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilmiş Beynəlxalq Musiqi Festivalı Azərbaycanda 2009-cu ildən keçirilir. Festivalda azərbaycanlı musiqiçilərlə yanaşı, xarici ölkələri təmsil edən ifaçılar da iştirak edirlər.
 
Festivalın təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondudur.
 
 
HƏQİQƏT



Baxış sayı: 807

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024