Tarix:17/09/14
İclasda çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə 2011-ci ildə təsis olunan Forumun əhəmiyyətindən danışıb.
Bildirib ki, humanitar sahədə göstərilən pozitiv beynəlxalq səylərə böyük bir töhfə olan Forum dünyada tolerantlıq, dialoq, insanlar və xalqlararası qarşılıqlı yanaşma kimi dəyərlərə və beynəlxalq hüquqa əsaslanan yeni və güclü quruluşun yaradılmasına yönəldilib. Artıq ənənə şəklini almış Forum siyasi, intellektual, elmi və akademik şəxsiyyətləri, müxtəlif mənşəli və müxtəlif ölkələrdən olan elit qrupları bir araya gətirir və bu amil ölkəmizin gündən-günə artan nüfuzunun bariz nümunəsidir. İndiyədək keçirilən hər bir Forumun bir “dəyirmi masa”sının Bakı Dövlət Universiteti tərəfindən təşkil edildiyini bildirən rektor builki Forumda da BDU-nun təşkilatçılığı ilə “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda “dəyirmi masa”nın keçirilməsinin nəzərdə tutuldugunu diqqətə çatdırıb.
Məlum olub ki, “dəyirmi masa”sında “Fənlərarası inteqrasiya və fundamental və təbiət elmləri sahəsində innovasiyalar”, “Fənlərarası inteqrasiya humanitar və sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi kimi” və “Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji problemləri” adlı üç bölmə nəzərdə tutulub. Bununla bağlı BDU-da altı nəfərdən ibarət xüsusi qərargahın yaradıldığını deyən rektor əlavə edib ki, qərargah üzvləri xarici ölkələrdən dəvət edilən və bu “dəyirmi masa” üzrə qeydiyyatdan keçən iştirakçılarla əlaqə yaradaraq onların Forumda hansı mövzularda çıxış etmək istədiklərini aydınlaşdırıb, həmçinin BDU və digər müəssisələrdən bir masada iştirak edəcək nümayəndələr arasından məruzəçilər müəyyən edib. BDU-nun Mətbuat və informasiya şöbəsindən qeyd olunub ki, bu günə qədər bu “dəyirmi masa”da iştirak etmək üçün 25 xarici ölkə nümayəndəsi qeydiyyatdan keçib. “Dəyirmi masa”da İsrail, Albaniya, Serbiya, Gürcüstan, Yaponiya, İngiltərə, Amerika, Almaniya, Rumıniya, Rusiya, Bolqarıstan, Mərakeş, Sudan, Qazaxıstan və Vyetnamdan nümayəndələr iştirak edəcək. Qonaqlar arasında Nobel mükafatı laureatları, universitet rektorları, prorektorlar, akademiya prezidentləri, institut direktorları, akademiklər, professorlar, dosentlər, nazirlər, agentlik sədrləri, şirkət rəhbərləri, media nümayəndələri var. Ötən forumlarda olduğu kimi, bu il də universitet alimlərinin innovativ tədqiqatlarla bağlı Nobel mükafatçıları qarşısında çıxışları planlaşdırılır.
İclasda Forum çərçivəsində xarici ölkə universitetləri ilə əməkdaşlıq məsələlərinin təşkili və Forumun keçirilməsi ilə əlaqədar digər məsələlər də ətraflı müzakirə edilib.
Həqiqət İSABALAYEVA
BDU-da IV Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələləri müzakirə edilib
Bakı Dövlət Universitetində IV Bakı Beynəlxalq Humanitar Forumuna hazırlıq məsələlərinin müzakirə edilməsi məqsədi ilə fakültə dekanlarının iştirakı ilə iclas keçirilib.İclasda çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə 2011-ci ildə təsis olunan Forumun əhəmiyyətindən danışıb.
Bildirib ki, humanitar sahədə göstərilən pozitiv beynəlxalq səylərə böyük bir töhfə olan Forum dünyada tolerantlıq, dialoq, insanlar və xalqlararası qarşılıqlı yanaşma kimi dəyərlərə və beynəlxalq hüquqa əsaslanan yeni və güclü quruluşun yaradılmasına yönəldilib. Artıq ənənə şəklini almış Forum siyasi, intellektual, elmi və akademik şəxsiyyətləri, müxtəlif mənşəli və müxtəlif ölkələrdən olan elit qrupları bir araya gətirir və bu amil ölkəmizin gündən-günə artan nüfuzunun bariz nümunəsidir. İndiyədək keçirilən hər bir Forumun bir “dəyirmi masa”sının Bakı Dövlət Universiteti tərəfindən təşkil edildiyini bildirən rektor builki Forumda da BDU-nun təşkilatçılığı ilə “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” mövzusunda “dəyirmi masa”nın keçirilməsinin nəzərdə tutuldugunu diqqətə çatdırıb.
Məlum olub ki, “dəyirmi masa”sında “Fənlərarası inteqrasiya və fundamental və təbiət elmləri sahəsində innovasiyalar”, “Fənlərarası inteqrasiya humanitar və sosial elmlər sahəsində innovasiyaların tətbiqi vasitəsi kimi” və “Təhsil mühitində fənlərarası inteqrasiyanın metodoloji problemləri” adlı üç bölmə nəzərdə tutulub. Bununla bağlı BDU-da altı nəfərdən ibarət xüsusi qərargahın yaradıldığını deyən rektor əlavə edib ki, qərargah üzvləri xarici ölkələrdən dəvət edilən və bu “dəyirmi masa” üzrə qeydiyyatdan keçən iştirakçılarla əlaqə yaradaraq onların Forumda hansı mövzularda çıxış etmək istədiklərini aydınlaşdırıb, həmçinin BDU və digər müəssisələrdən bir masada iştirak edəcək nümayəndələr arasından məruzəçilər müəyyən edib. BDU-nun Mətbuat və informasiya şöbəsindən qeyd olunub ki, bu günə qədər bu “dəyirmi masa”da iştirak etmək üçün 25 xarici ölkə nümayəndəsi qeydiyyatdan keçib. “Dəyirmi masa”da İsrail, Albaniya, Serbiya, Gürcüstan, Yaponiya, İngiltərə, Amerika, Almaniya, Rumıniya, Rusiya, Bolqarıstan, Mərakeş, Sudan, Qazaxıstan və Vyetnamdan nümayəndələr iştirak edəcək. Qonaqlar arasında Nobel mükafatı laureatları, universitet rektorları, prorektorlar, akademiya prezidentləri, institut direktorları, akademiklər, professorlar, dosentlər, nazirlər, agentlik sədrləri, şirkət rəhbərləri, media nümayəndələri var. Ötən forumlarda olduğu kimi, bu il də universitet alimlərinin innovativ tədqiqatlarla bağlı Nobel mükafatçıları qarşısında çıxışları planlaşdırılır.
İclasda Forum çərçivəsində xarici ölkə universitetləri ilə əməkdaşlıq məsələlərinin təşkili və Forumun keçirilməsi ilə əlaqədar digər məsələlər də ətraflı müzakirə edilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 876
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır