12px13px15px17px
Tarix:19/09/14

İKT-nin ən müasir terminlərinin aşkarlanması üzrə beynəlxalq təcrübə araşdırılıb

Azərbaycanda informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ən müasir terminlərin  toplanması və  sistemləşdirilməsi mərhələsi həyata keçirilib. İKT-nin ən müasir terminlərinin aşkarlanması  üzrə beynəlxalq təcrübə araşdırılıb və mövzunu əhatə edən əsas istiqamətlər üzrə toplanmış ən müasir terminlər tərcümə və təsnif edilib.
 
Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) şöbə müdiri Səyyar Abdullayev rəhbərlik etdiyi  5 saylı şöbənin yarımillik hesabatının təqdimatında informasiya texnologiyaları üzrə ən müasir terminlərin işlənilməsi mövzusu üzrə görülən işlərdən danışarkən bildirib.
 
İTİ-dən verilən məlumata görə, elmi tədqiqat işlərindən danışan S.Abdullayev, həmçinin şöbənin elmi-təşkilati və elmi-innovasiya fəaliyyətinə dair görülən işlərə də toxunub.
 
Şöbə əməkdaşları tərəfindən tanınmış elmi jurnallarda nəşr olunan  məqalələr, elmi-texniki konfranslarda, seminarlarda və simpoziumlarda iştirak və s. barədə məlumatları diqqətə çatdırıb. Şöbənin fəaliyyəti müsbət qiymətləndirilib, müvafiq tövsiyələr verilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1077

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024