Tarix:26/08/11
Rzayevin sözlərinə görə, yaxın günlərdə stansiyalar peyk sisteminə qoşulacaqlar. "Bu gün respublika ərazisində işləyən seysmik stansiyaların ümumi sayı 30 ədəd təşkil edir.
Perspektivdə əlavə maliyyə vəsaitinin alınmasından sonra daha səkkiz stansiyanın quraşdırılması planlaşdırılır. Onlardan üçü dənizdə ("Ümid", "Çilov" və "Çıraq" yataqlarında), qalanları isə quruda fəaliyyət göstərəcək", - Rzayev deyib.
Ötən ilin yekunları üzrə mərkəz tərəfindən yeddi seysmik stansiya quraşdırılıb ki, onlar Qəbələ, Qobustan, Astara, Zərdab, Gədəbəy rayonlarında, eləcə də Xəzrə (Qusar rayonu) və Xınalıq (Quba rayonu) kəndlərində fəaliyyət göstəririlər.
Baş stansiya Bakıda Akademiya şəhərciyinin ərazisindədir. Buraya peyk vasitəsilə real zaman rejimində mütəmadi olaraq respublikanın seysmoaktiv nöqtələrində quraşdırılmış vıbrasiya sensorlarından məlumat daxil olur.
Məlumatların işlənməsindən sonra sistem zəlzələnin dəqiq yeri, onun gücü və vaxtı barədə məlumat verir. Avadanlıq ABŞ-ın "Kinemetrics" şirkətindən alınıb. Hər stansiyanın qiyməti 200 min dollara çatır. RSM-in korporativ şəbəkəsinə Delta Telecom xidmət göstərir.
Naxçıvan seysmik stansiyası peyk sisteminə qoşulacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmologiya Mərkəzi (RSM) Naxçıvan Muxtar Respublikası (NMR) ərazisində iki seysmik stansiyanın quraşdırılmasını başa çatdırıb. Bu barədə RSM-in baş direktorunun müavini Azay Rzayev məlumat verib.Rzayevin sözlərinə görə, yaxın günlərdə stansiyalar peyk sisteminə qoşulacaqlar. "Bu gün respublika ərazisində işləyən seysmik stansiyaların ümumi sayı 30 ədəd təşkil edir.
Perspektivdə əlavə maliyyə vəsaitinin alınmasından sonra daha səkkiz stansiyanın quraşdırılması planlaşdırılır. Onlardan üçü dənizdə ("Ümid", "Çilov" və "Çıraq" yataqlarında), qalanları isə quruda fəaliyyət göstərəcək", - Rzayev deyib.
Ötən ilin yekunları üzrə mərkəz tərəfindən yeddi seysmik stansiya quraşdırılıb ki, onlar Qəbələ, Qobustan, Astara, Zərdab, Gədəbəy rayonlarında, eləcə də Xəzrə (Qusar rayonu) və Xınalıq (Quba rayonu) kəndlərində fəaliyyət göstəririlər.
Baş stansiya Bakıda Akademiya şəhərciyinin ərazisindədir. Buraya peyk vasitəsilə real zaman rejimində mütəmadi olaraq respublikanın seysmoaktiv nöqtələrində quraşdırılmış vıbrasiya sensorlarından məlumat daxil olur.
Məlumatların işlənməsindən sonra sistem zəlzələnin dəqiq yeri, onun gücü və vaxtı barədə məlumat verir. Avadanlıq ABŞ-ın "Kinemetrics" şirkətindən alınıb. Hər stansiyanın qiyməti 200 min dollara çatır. RSM-in korporativ şəbəkəsinə Delta Telecom xidmət göstərir.
Baxış sayı: 2009
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır