12px13px15px17px
Tarix:19/09/14

İspaniyada yeni mobil pul sistemi işə salınıb

İspaniyanın “CaixaBank” və “Santander” banklarının və “Telefonica” mobil operatorunun "Yaap” birgə müəssisəsi mobil telefon istifadəçiləri arasında pulköçürmələrini həyata keçirməyə imkan verən “Yaap money” mobil pul xidmətini istifadəyə verib.
 
Pulu göndərmək və ya almaq üçün əlavə istifadəçisinin bank rekvizitini bilməsinə ehtiyac yoxdur. Bunu etmək üçün mobil telefon nömrəsi, eləcə də pul alanın "Facebook” və ya “Twitter” sosial şəbəkələrindəki adı kifayət edir.
 
“Yaap money” servisindən xidmət göstərən bank və mobil operatordan asılı olmayaraq bütün istifadəçilər istifadə edə bilər. Bunun üçün yalnız müvafiq mobil əlavəni quraşdıraraq ona kredit kartını qoşmaq lazımdır.
 
Xatırladaq ki, “Yaap” cari ilin aprelində İspaniyanın üç nəhəng şirkəti - "Telefonica”, “CaixaBank” və “Santander” tərəfindən yaradılıb, - "Payspace ” yazır.



Baxış sayı: 812

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024