12px13px15px17px
Tarix:19/09/14

"Synergy Group" ASC-nin Müşahidə Şurasının sədri Dəyanət Quliyev: “İKT sahəsində imkanlarımızı daha da genişləndirəcəyik”

Azərbaycanın aparıcı investisiya qruplarından biri olan "Synergy Group" ASC-nin Müşahidə Şurasına yeni sədri təyin edilib.
 
Şirkətdən verilən məlumata görə, bu aydan etibarən "Synergy Group" ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini Dəyanət Quliyev icra edir. Uzun illər rəhbər vəzifələrdə çalışmış Dəyanət Quliyev 2013-cü ilin fevral ayından cari ilin sentyabrınadək "AtaBank" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini olub.
 
 
Azərbaycanın işgüzar aləmində qərbyönümlü biznes modeli qurmuş şirkət kimi tanınan "Synergy Group" yeni rəhbərliklə indiyə qədər əldə etdiyi uğurların üfüqlərini daha da genişləndirəcək, davamlı inkişafa hədəflənmiş və korporativ sosial məsuliyyət siyasətinə sadiq qalacaqdır. Bu məramı vurğulayan D.Quliyev qeyd edir ki, “Synergy Group” 2015-ci ilin yanvar ayında özünün ilk ciddi yubileyini - beşilliyini qeyd edir. Bu qısa müddətdə şirkət olduqca mühüm müvəffəqiyyətlərə və uğurlara imza atıb.
 
Lakin "Synergy Group" özünün inkişaf dinamikasını daha da genişləndirməyə, qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafına daha çox töhfələr verməyə qadirdir. Bu potensialdan istifadə olduqca zəruridir".
 
"Synergy Group" korporativ strategiyanın istiqamətləri olaraq üzv şirkətlərin səmərəliliyinin artırılması, peşəkar tərəfdaşların seçilməsi, intellektual və maliyyə kapitalının qoyuluşu, istedadlı kadrların inkişafı üçün müasir biznes mədəniyyətinin güclənməsi sahələrində səylərini maksimallaşdıracaqdır.
 
D.Quliyev vurğulayıb ki, "Bizim məqsədimiz ölkənin və regionun aparıcı investisiya qrupu olmaqdır. Bizim hədəflərimiz "Synergy Group"un qeyri-neft sektorunda, xüsusilə də, sənaye, inşaat və tikinti materiallarının istehsalı, İKT və kənd təsərrüfatı sahələrində mövqelərini daha da gücləndirməkdir".
 
 
Şüarı "Davamlı gələcəyə doğru" olan qrup Azərbaycanın davamlı gələcəyi üçün yorulmadan, əzmlə çalışmağa hazır komanda ilə sinerji şəklində fəaliyyət göstərərək ölkəmizin hər sahədə inkişafına töhfə verməyə davam edəcəkdir.
 
RƏVAN
 
 



Baxış sayı: 3080

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024