12px13px15px17px
Tarix:19/09/14

Metroda pulsuz internet nə vaxt olacaq?

Bakı Metropoliteninin xidmətlərindən hər gün yüz minlərlə şəhər sakini istifadə edir. Onların arasında qatarda olarkən mobil telefon vasitəsilə internetə qoşulmaq istəyənlər də var.

Amma metroda mobil telefonların “3G” internetində problemlər yaranır. İnternet yalnız stansiyalarda “tutur”, tunellərdə isə ümumiyyətlə, yoxa çıxır. Bir müddət əvvəl Bakı Metropolitenində pulsuz “Wi-Fi” xidmətinin istifadəyə veriləcəyi deyilirdi. Fəqət, sonradan bu layihə nədənsə unuduldu.
Bakıda metroda pulsuz internet məsələsi 2011-ci ildən müzakirə olunur. Hətta “Koroğlu” stansiyasında pulsuz “Wi-Fi” olacağı da deyilirdi. Amma olmadı.
 
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, metroda “Wi-Fi” məsələsi ilə bağlı müzakirələr aparılmır.
 
 “Çünki hələlik bizim üçün prioritet məsələ deyil. İndi metroda ən qabaqcıl texnologiyaların tətbiqini düşünürük. Məsələn, ödəniş aparatlarının yenilənməsi və ya turniketlərin daha müasir proqram təminatı ilə təchizatını düşünürük”.
 
Beləliklə, Bakı metrosunda bu il də pulsuz internet olmayacaq.
 
RƏVAN
 



Baxış sayı: 1053

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024