12px13px15px17px
Tarix:19/09/14

“Onlayn medianın inkişafına dəstək” layihəsi çərçivəsində təlimlərə başlanılacaq

Multimedia Mərkəzi “Onlayn medianın inkişafına dəstək” layihəsi çərçivəsində gənc jurnalistlər üçün təlimlər təşkil edəcək.
 
 
Mərkəzdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində təşkil olunan təlimlərin məqsədi ölkədə  informasiya cəmiyyəti quruculuğundan, xüsusilə “Elektron hökumət” quruculuğundan yazan jurnalistlərin hazırlanmasına köməklik göstərməkdir.
 
 
Təlimlərdə onlayn media sahəsində çalışanlar, müstəqil jurnalistlər və bloqçular, ali məktəblərdə jurnalist ixtisasları üzrə təhsil alan tələbələr iştirak edə bilərlər.
 
Təlimlərdə iştirak etmək istəyənlər üçün kompüter və informasiya texnologiyaları
sahəsində elementar biliklərə sahib olmaq tələb olunur.
 
Təlimlərin oktyabr ayının ikinci yarısında bir həftə müddətində, saat 14:00-18:00 arasında keçirilməsi nəzərdə tutulub. Təlimləri uğurla başa vuranlara sertifikatlar təqdim olunacaq.
İştirak etmək istəyənlər “www.telim.org” saytında, eləcə də “multimedia@cit.az” e-mail ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Məlumat üçün bildirək ki, layihə Multimedia Mərkəzi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Nar Mobile” və “SİNAM” şirkətlərinin dəstəyi ilə həyata keçirilir.
 
CAHANGİR
 



Baxış sayı: 1103

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024