Tarix:20/09/14
Bu fikri QKDK-də Dünya Bankının missiyasının rəhbəri Johanna Jaeger və nümayəndə heyətinin üzvləri ilə keçirilən görüşdə komitə sədri Rüfət Aslanlı bildirib.
Ölkəmizin Dünya Bankı ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini deyən R.Aslanlı “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsinin həyata keçirilməsi çərçivəsində ölkədə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan müasir qiymətli kağızlar bazarının formalaşdırılmasında müsbət rol oynadığını qeyd edib.
Komitənin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, sədr sözügedən layihənin effektiv icrası nəticəsində bazar infrastrukturunun təkmilləşdirilməsi və avtomatlaşdırılması istiqamətində böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb.
R.Aslanlı QKDK-nın nəzdində yaradılmış Kapital Bazarı üzrə Təlim Mərkəzinin cəmiyyətdə maliyyə savadının artırılması, həmçinin maarifləndirmə və məlumatlandırma istiqamətində effektiv işlərin görüldüyünü müsbət hal kimi qiymətləndirdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Dünya Bankı missiyasının rəhbəri Johanna Jaeger layihənin icrası istiqamətində peşəkar işçi qrupunun qurulduğunu, bu istiqamətdə işlərin sürətlə inkişaf etdiyini və layihənin hazırkı mərhələsində vacib məsələlərin həll olunduğunu vurğulayıb, layihənin icrası ilə bağlı təqdim olunan hesabatların Dünya Bankı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Görüşün sonunda “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsinin icrasının nəzərdə tutulmuş müddətlər çərçivəsində tamamlanacağına və müəyyən olunmuş məqsədlərə nail olunacağına əminlik ifadə olunub.
Həqiqət İSABALAYEVA
Azərbaycanda İT satınalmalar üzrə işlər sürətlə davam etdirilir
Dünya Bankının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) imzalanmış “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində Azərbaycanda İT satınalmalar üzrə işləri sürətlə davam etdirir.Bu fikri QKDK-də Dünya Bankının missiyasının rəhbəri Johanna Jaeger və nümayəndə heyətinin üzvləri ilə keçirilən görüşdə komitə sədri Rüfət Aslanlı bildirib.
Ölkəmizin Dünya Bankı ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini deyən R.Aslanlı “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsinin həyata keçirilməsi çərçivəsində ölkədə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan müasir qiymətli kağızlar bazarının formalaşdırılmasında müsbət rol oynadığını qeyd edib.
Komitənin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, sədr sözügedən layihənin effektiv icrası nəticəsində bazar infrastrukturunun təkmilləşdirilməsi və avtomatlaşdırılması istiqamətində böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb.
R.Aslanlı QKDK-nın nəzdində yaradılmış Kapital Bazarı üzrə Təlim Mərkəzinin cəmiyyətdə maliyyə savadının artırılması, həmçinin maarifləndirmə və məlumatlandırma istiqamətində effektiv işlərin görüldüyünü müsbət hal kimi qiymətləndirdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Dünya Bankı missiyasının rəhbəri Johanna Jaeger layihənin icrası istiqamətində peşəkar işçi qrupunun qurulduğunu, bu istiqamətdə işlərin sürətlə inkişaf etdiyini və layihənin hazırkı mərhələsində vacib məsələlərin həll olunduğunu vurğulayıb, layihənin icrası ilə bağlı təqdim olunan hesabatların Dünya Bankı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Görüşün sonunda “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsinin icrasının nəzərdə tutulmuş müddətlər çərçivəsində tamamlanacağına və müəyyən olunmuş məqsədlərə nail olunacağına əminlik ifadə olunub.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 834
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır