12px13px15px17px
Tarix:20/09/14

“Sony” korporasiyası kompüter funksiyasına malik eynəyini nümayiş etdirəcək

"Sony" korporasiyası  kompüter funksiyasına malik "SmartEyeglass" eynəyinin hazırlanmasını elan edib. Sözügedən eynək smartfonla simsiz qoşulmanı təmin edir və linzaların köməyi ilə mətn və qrafik informasiyanı ötürür.
 
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, linzaların şəffaflıq səviyyəsi 85%, qalınlığı 3 mm təşkil edir. Eynək jiroskop, akselerometr, elektron kompas, mikrofon, işıq datçiki ilə təchiz edilib. İnformasiyanı istifadəçinin olduğu yerlə optimallaşdırmaq üçün eynək şəxsin olduğu yeri GPS vasitəsilə qeydə alır.
 
İstifadəçilər eynəkdən məkanda səmti təyin etmək, yeməklərin hazırlanması zamanı reseptlərin oxunması üçün istifadə edə biləcəklər.

"SmartEyeglass" eynəyi sentyabrın 19-da nümayiş olunacaq. "Sony" 2014-cü ilin sonuna kimi əlavələrin (proqramların) istehsalçıları üçün qurğunun satışlarına başlamağı hesablayır (nəzərə alır).
Yaponiyanın "Sony" korporasiyası 1946-cı ildə təsis edilib. Şirkət smartfon, oyun konsolları, noutbuk, televizor, peşəkar və ev elektronikası istehsal edir.
 
Emil Hüseynov



Baxış sayı: 893

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024