Tarix:20/09/14
Yerli şuraya 37 286 səs toplayan Ceyson Lamarçe müsahibəsində bildirib ki, çoxları Vankuveri Şimalın “Silikon vadisi” hesab edir, amma əslində şəhər yeni texnologiyaların inkişafı ilə fəal şəkildə məşğul olmur.
“Bizdə kriptovalyuta və “Bitcoin”in inkişafı üzərində şirkətlər fəaliyyət göstərdiyi halda nəyə görə bu texnologiyadan istifadəni genişləndirməyək?” - C.Lamarçe qeyd edib.
Noyabrda Vankuverdə keçiriləcək seçkilərdə partiya və namizədlər sakinlərdən pulköçürmələrini “Bitcoin” ilə qəbul edə biləcək. Rəqəmli valyuta qeyri-pul aktivi hesab olunur, namizədlər “Bitcoin”i aldıqdan sonra sadəcə alınan məbləğin ekvivalentini dollarda nə qədər təşkil etməsi barədə məlumat verməlidirlər.
Öz növbəsində şəhər hakimiyyəti və yerli hakimiyyət orqanlarına namizədlər bəyan ediblər ki, proqramlarının əsas bəndlərindən biri yerli sakinlərə vergi və yığımları “Bitcoin” rəqəmli valyutası ilə ödəmək imkanına şərait yaratmaqdır.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur, - “Payspace” yazır.
Kanadalılar vergini rəqəmli valyuta ilə ödəyə biləcəklər
Kanadanın Vankuver şəhər hakimiyyəti tezliklə vergi ödəyicilərinin vergi, cərimə və yığımları “Bitcoin” rəqəmli valyutası ilə ödəyə biləcəklərini bəyan edib.Yerli şuraya 37 286 səs toplayan Ceyson Lamarçe müsahibəsində bildirib ki, çoxları Vankuveri Şimalın “Silikon vadisi” hesab edir, amma əslində şəhər yeni texnologiyaların inkişafı ilə fəal şəkildə məşğul olmur.
“Bizdə kriptovalyuta və “Bitcoin”in inkişafı üzərində şirkətlər fəaliyyət göstərdiyi halda nəyə görə bu texnologiyadan istifadəni genişləndirməyək?” - C.Lamarçe qeyd edib.
Noyabrda Vankuverdə keçiriləcək seçkilərdə partiya və namizədlər sakinlərdən pulköçürmələrini “Bitcoin” ilə qəbul edə biləcək. Rəqəmli valyuta qeyri-pul aktivi hesab olunur, namizədlər “Bitcoin”i aldıqdan sonra sadəcə alınan məbləğin ekvivalentini dollarda nə qədər təşkil etməsi barədə məlumat verməlidirlər.
Öz növbəsində şəhər hakimiyyəti və yerli hakimiyyət orqanlarına namizədlər bəyan ediblər ki, proqramlarının əsas bəndlərindən biri yerli sakinlərə vergi və yığımları “Bitcoin” rəqəmli valyutası ilə ödəmək imkanına şərait yaratmaqdır.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur, - “Payspace” yazır.
Baxış sayı: 915
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır