Tarix:22/09/14
Bu istiqamətə investisiya yatırmağı planlaşdırmayan təşkilatların payı 31 faizdən 24 faizədək azalıb.
Regionlar arasında Şimali Amerika lider olaraq qalır. Burada rəyi soruşulanların 47 faizi artıq investisiya yatırdığını bildirib. 2013-cü ildə onların payı 37,8 faizə bərabər olub. Lakin digər regionlarda da investisiya artımı müşahidə edilir. Bununla belə, investisiya artımı texnologiyaların tətbiqi səviyyəsinə təsir göstərmir. Ötən il olduğu kimi, işin əsas hissəsi strategiya, pilot və sınaq layihələrinin hazırlanmasının payına düşür. 2013-cü ildə respondentlərin 8 faizi iritutumlu məlumat layihələrinin həyata keçirilməsini deyib. 2014-cü ildə onların payı 13 faizədək artıb. Bununla yanaşı, analitiklər qeyd edirlər ki, texnologiyaların başa düşülməsi yaxşılaşıb və onların imkanlarının tədqiqinə hazırlıq səviyyəsi yüksəlib.
Həmçinin “Gartner” nümayəndələri vurğulayırlar ki, hazırda təşkilatlar hansı məlumatları təhlil etməyi dəqiq bilmirlər, - “www.osp.ru” yazır.
“Gartner”: “Təşkilatların 73 faizi iritutumlu məlumatlar texnologiyasına investisiya yatırmaq niyyətindədir”
“Gartner Research Circle” şirkətinin müxtəlif ölkələri təmsil edən 302 üzvünün iştirak etdiyi sorğudan məlum olub ki, hazırda təşkilatların 73 faizi (ötənilki 64 faizlə müqayisədə) iritutumlu məlumatlar texnologiyasına vəsait yatırır və ya yaxın iki ildə bunu etməyi planlaşdırır.Bu istiqamətə investisiya yatırmağı planlaşdırmayan təşkilatların payı 31 faizdən 24 faizədək azalıb.
Regionlar arasında Şimali Amerika lider olaraq qalır. Burada rəyi soruşulanların 47 faizi artıq investisiya yatırdığını bildirib. 2013-cü ildə onların payı 37,8 faizə bərabər olub. Lakin digər regionlarda da investisiya artımı müşahidə edilir. Bununla belə, investisiya artımı texnologiyaların tətbiqi səviyyəsinə təsir göstərmir. Ötən il olduğu kimi, işin əsas hissəsi strategiya, pilot və sınaq layihələrinin hazırlanmasının payına düşür. 2013-cü ildə respondentlərin 8 faizi iritutumlu məlumat layihələrinin həyata keçirilməsini deyib. 2014-cü ildə onların payı 13 faizədək artıb. Bununla yanaşı, analitiklər qeyd edirlər ki, texnologiyaların başa düşülməsi yaxşılaşıb və onların imkanlarının tədqiqinə hazırlıq səviyyəsi yüksəlib.
Həmçinin “Gartner” nümayəndələri vurğulayırlar ki, hazırda təşkilatlar hansı məlumatları təhlil etməyi dəqiq bilmirlər, - “www.osp.ru” yazır.
Baxış sayı: 799
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır