12px13px15px17px
Tarix:22/09/14

“Citrix”: “Sosial şəbəkələrdə ünsiyyət mobil rabitə istifadəçiləri arasında ən populyar məşğuliyyətdir”

“Citrix” şirkəti 2014-cü ilin ikinci rübü üçün "Citrix Mobile Analytics Report” hesabatını təqdim edib.

Hesabatda xidmət abunəçilərinin davranış tendensiyaları və məlumatların mobil rabitə xidmətləri ilə ötürülməsindən məmnunluq səviyyəsini müəyyən edən müvafiq amillər təsvir olunub.
 
Qeyd edilir ki, sosial şəbəkələrdə ünsiyyət mobil rabitə istifadəçiləri arasında ən populyar məşğuliyyətdir. Mobil operator abunəçilərinin 40 faizi hər gün bu növ resurslara daxil olur. Bu halda sosial şəbəkələrdə trafikin 47 faizi videonun, 40 faizi təsvirlərin payına düşür.
 
Həmçinin tədqiqatda bildirilir ki, “LTE” şəbəkələrində mobil rabitə abunəçiləri “3G” şəbəkə istifadəçiləri ilə müqayisədə videoya 1,5 dəfə çox baxır. Bundan başqa, birinci istifadəçi qrupu videoya daha çox baxır. “Netflix” istifadəçilərinin 76 faizi “LTE” şəbəkəsindən istifadə zamanı 5 dəqiqədən çox videokontenti seyr edir, həmçinin “3G” şəbəkəsindən istifadə edən abunəçilərin 65 faizi analoji vaxt göstəricisi ilə yüksəkkeyfiyyətli kontentə baxır.
 
Hazırda mobil rabitə istifadəçilərinin yarısı reklam alır, translyasiya edilən reklamın növləri isə tez-tez dəyişir. Son hesabat göstərib ki, mobil videoreklamın həcmi 20 faiz artıb, reklamçılar məhsullarını tanıtdırmaq üçün ənənəvi reklamlarla müqayisədə bu kanaldan daha çox istifadə edir. “Citrix” ötən il müəyyən edib ki, 1 videoreklamın payına 20 reklam banneri düşür. Cari ildə bu nisbət 1:16 təşkil edib, - " www.osp.ru” yazır.    



Baxış sayı: 802

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024