Tarix:22/09/14
MHM-in Sertifikat Xidmətləri Mərkəzi (SXM) tərəfindən verilən elektron imza kartlarını alan hüquqi şəxslər praktik olaraq bir sıra imkanlar əldə etmiş olacaqlar.
Bu imkanlara dövlət qurumuna elektron müraciət edən zaman elektron imza və elektron sənəd haqqında qanuna əsaslanaraq elektron imza ilə imzalanmış sənədin göndərilməsi, vergi hesab fakturalarının və bəyannamələrin təqdim olunması, idxal-ixrac əməliyyatlarında gömrük hesabatlarının verilməsi, Dövlət Sosial Müdafiə Fondu üzrə məlumatların əldə edilməsi və müraciətlərin göndərilməsi daxildir.
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xidmətlərinə əsasən kadrlar işinin təşkili, həmçinin əmək müqaviləsi bildirişlərinin informasiya sisteminə daxil edilməsi elektron imzadan istifadə edilməklə həyata keçirilə bilər.
Elektron imza vaxta qənaət etməklə yanaşı, sənəd dövriyyəsi zamanı süni əngəlləri, gecikmələri, insan faktorunu minimuma endirir.
Hüquqi şəxslər SXM tərəfindən təqdim edilən elektron imza sertifikatları vasitəsi ilə “Elektron Hökumət” portalında ( www.e-gov.az ) autentifikasiyadan keçərək portalda təqdim olunan “Sahibkarlar” bölməsinə daxil olub müxtəlif sayda dövlət qurumlarının elektron xidmətlərindən yararlana bilərlər.
Hüquqi şəxslər üçün elektron imza kartının qiyməti 72 manatdır və hüquqi şəxslər elektron imza sertifikatlarının sifarişi üçün qeydiyyat məntəqələrinə və ya “www.e-imza.az” saytına daxil olaraq onlayn şəkildə öz müraciətlərini göndərə bilərlər.
Qeyd edək ki, elektron imza kartını hüquqi şəxs 3 il müddətində istifadə edə bilər. Bu müddət ərzində elektron imza kartı ilə hər hansı problem yaranarsa, istifadəçi “157” zəng mərkəzinə müraciət edə bilər.
CAHANGİR
Elektron imza kartları hüquqi şəxslərə hansı imkanlar verir?
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza kartlarının hüquqi şəxslərə verdiyi imkanları açıqlayıb.MHM-in Sertifikat Xidmətləri Mərkəzi (SXM) tərəfindən verilən elektron imza kartlarını alan hüquqi şəxslər praktik olaraq bir sıra imkanlar əldə etmiş olacaqlar.
Bu imkanlara dövlət qurumuna elektron müraciət edən zaman elektron imza və elektron sənəd haqqında qanuna əsaslanaraq elektron imza ilə imzalanmış sənədin göndərilməsi, vergi hesab fakturalarının və bəyannamələrin təqdim olunması, idxal-ixrac əməliyyatlarında gömrük hesabatlarının verilməsi, Dövlət Sosial Müdafiə Fondu üzrə məlumatların əldə edilməsi və müraciətlərin göndərilməsi daxildir.
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xidmətlərinə əsasən kadrlar işinin təşkili, həmçinin əmək müqaviləsi bildirişlərinin informasiya sisteminə daxil edilməsi elektron imzadan istifadə edilməklə həyata keçirilə bilər.
Elektron imza vaxta qənaət etməklə yanaşı, sənəd dövriyyəsi zamanı süni əngəlləri, gecikmələri, insan faktorunu minimuma endirir.
Hüquqi şəxslər SXM tərəfindən təqdim edilən elektron imza sertifikatları vasitəsi ilə “Elektron Hökumət” portalında ( www.e-gov.az ) autentifikasiyadan keçərək portalda təqdim olunan “Sahibkarlar” bölməsinə daxil olub müxtəlif sayda dövlət qurumlarının elektron xidmətlərindən yararlana bilərlər.
Hüquqi şəxslər üçün elektron imza kartının qiyməti 72 manatdır və hüquqi şəxslər elektron imza sertifikatlarının sifarişi üçün qeydiyyat məntəqələrinə və ya “www.e-imza.az” saytına daxil olaraq onlayn şəkildə öz müraciətlərini göndərə bilərlər.
Qeyd edək ki, elektron imza kartını hüquqi şəxs 3 il müddətində istifadə edə bilər. Bu müddət ərzində elektron imza kartı ilə hər hansı problem yaranarsa, istifadəçi “157” zəng mərkəzinə müraciət edə bilər.
CAHANGİR
Baxış sayı: 1339
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı