Tarix:23/09/14
Belə ki, “Genişzolaqlı rabitənin hazırkı vəziyyəti 2014” hesabatında deyilir ki, hazırda genişzolaqlı mobil rabitə bəşəriyyət tarixində ən dinamik inkişaf edən texnologiyadır.
Hesabat BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyasının onuncu iclasına həsr edilib. Sənədə əsasən, dünya əhalisinin təxminən 40 faizi internetə qoşulub, habelə 2014-cü ilin sonunadək internetdən istifadə edən insanların sayı 2013-cü ildəki 2,3 milyarddan 2,9 milyard nəfərədək artacaq.
Həmçinin 2,3 milyard nəfər 2014-cü ilin sonunadək genişzolaqlı mobil rabitəyə çıxış imkanına malik olacaq. Onların sayı sürətlə artır və gözlənildiyinə görə, beş ildən sonra bu rəqəm 7,6 milyarda bərabər olacaq. Bu gün genişzolaqlı mobil rabitə istifadəçilərinin sayı ənənəvi genişzolaqlı stasionar bağlantılara malik olanların sayını üç dəfədən çox üstələyir.
Genişzolaqlı rabitədən istifadə edən ictimai informasiya vasitələrinin populyarlığı artmaqda davam edir və hazırda 1,9 milyard nəfər aktiv sosial şəbəkə istifadəçisidir.
Komissiya tərəfindən hər il dərc edilən “Genişzolaqlı rabitənin hazırkı vəziyyəti” adlı hesabat ölkələri bir-biri ilə müqayisə edərək genişzolaqlı rabitənin inkişafı və ondan istifadə məlumatları arasında uyğunluğu və komissiyanın 54 üzvünün tövsiyə etdiyi məqsədlər barədə unikal təsəvvür yardır.
Qeyd olunur ki, Koreya Respublikası genişzolaqlı rabitədən bir ailə üçün istifadə üzrə liderliyini qoruyur. Cari ildə Cənubi Koreyada bu texnologiyanın nüfuzetmə səviyyəsi 98 faiz təşkil edib, ötən il 97 faizə bərabər olub.
Monako hazırda genişzolaqlı stasionar rabitədən istifadə göstəricisinə görə ötənilki lider İsveçrəni üstələyir (bu xidmət əhalinin 44 faizini əhatə edir).
Həmçinin dörd ölkədə (Monako, İsveçrə, Danimarka, Niderland) internetə qoşulma göstəricisi 40 faizi ötüb. 2013-cü ildə yalnız İsveçrə bu ölkələr siyahısında var idi.
ABŞ internet istifadəçilərinin sayına görə dünyada 19-cu yeri tutmaqla digər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələri, xüsusilə Almaniyanı (20-ci yer) və Avstraliyanı (21) qabaqlayır, lakin Birləşmiş Krallıq (12-ci yer), Yaponiya (15) və Kanadadan (16) geri qalır. Bundan başqa, ABŞ adambaşına düşən genişzolaqlı stasionar rabitə istifadəçilərinin sayına görə 20-ci yerdən 24-cü yerə enməklə Yaponiyadan sonrakı pillədə qərarlaşıb, eləcə də Makao (Çin) və Estoniyanı üstələyib.
Hazırda ümumilikdə internet istifadəçilərinin sayının ümumi əhalinin sayının 50 faizinə bərabər olduğu 50 ölkə var. 2013-cü ildə bu göstərici 70 ölkə təşkil edib. İnternetə qoşulma göstəricisinə görə ilk on ölkə Avropada yerləşir. Bu göstərici üzrə dünyada birinci yeri əhalisinin 96,5 faizinin internetə qoşulduğu İslandiya tutur. Qoşulma üzrə ən aşağı göstəricilərə əsasən Sahara səhrasının cənubunda yerləşən və əhalinin 2 faizinin internetdən yararlandığı Afrika ölkələri malikdir. Bu regionda internetə qoşulma üzrə göstəricilər Efiopiyada 1,9, Nigeriyada 1,7, Sierra Leonedə 1,7, Qvineyada 1,6, Somalidə 1,5, Burundidə 1,3, Eritreyada 0,9 faiz təşkil edir. Bundan əlavə, Cənubi Sudanda ümumiyyətlə internetə qoşulma yoxdur. İnternetə qoşulmaya görə hamıdan ən çox geri qalan ölkələr onluğunu Myanma (1,2 faiz) və Timor-Leste (1,1 faiz) tamamlayır, - “ www.cnews.ru” yazır.
2017-ci ilədək dünya əhalisinin yarısı internetə qoşulacaq
2017-ci ilədək Yer kürəsi əhalisinin 50 faizi smartfon və planşetdən istifadə etməklə genişzolaqlı mobil rabitə vasitəsilə internetə qoşulacaq.Belə ki, “Genişzolaqlı rabitənin hazırkı vəziyyəti 2014” hesabatında deyilir ki, hazırda genişzolaqlı mobil rabitə bəşəriyyət tarixində ən dinamik inkişaf edən texnologiyadır.
Hesabat BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyasının onuncu iclasına həsr edilib. Sənədə əsasən, dünya əhalisinin təxminən 40 faizi internetə qoşulub, habelə 2014-cü ilin sonunadək internetdən istifadə edən insanların sayı 2013-cü ildəki 2,3 milyarddan 2,9 milyard nəfərədək artacaq.
Həmçinin 2,3 milyard nəfər 2014-cü ilin sonunadək genişzolaqlı mobil rabitəyə çıxış imkanına malik olacaq. Onların sayı sürətlə artır və gözlənildiyinə görə, beş ildən sonra bu rəqəm 7,6 milyarda bərabər olacaq. Bu gün genişzolaqlı mobil rabitə istifadəçilərinin sayı ənənəvi genişzolaqlı stasionar bağlantılara malik olanların sayını üç dəfədən çox üstələyir.
Genişzolaqlı rabitədən istifadə edən ictimai informasiya vasitələrinin populyarlığı artmaqda davam edir və hazırda 1,9 milyard nəfər aktiv sosial şəbəkə istifadəçisidir.
Komissiya tərəfindən hər il dərc edilən “Genişzolaqlı rabitənin hazırkı vəziyyəti” adlı hesabat ölkələri bir-biri ilə müqayisə edərək genişzolaqlı rabitənin inkişafı və ondan istifadə məlumatları arasında uyğunluğu və komissiyanın 54 üzvünün tövsiyə etdiyi məqsədlər barədə unikal təsəvvür yardır.
Qeyd olunur ki, Koreya Respublikası genişzolaqlı rabitədən bir ailə üçün istifadə üzrə liderliyini qoruyur. Cari ildə Cənubi Koreyada bu texnologiyanın nüfuzetmə səviyyəsi 98 faiz təşkil edib, ötən il 97 faizə bərabər olub.
Monako hazırda genişzolaqlı stasionar rabitədən istifadə göstəricisinə görə ötənilki lider İsveçrəni üstələyir (bu xidmət əhalinin 44 faizini əhatə edir).
Həmçinin dörd ölkədə (Monako, İsveçrə, Danimarka, Niderland) internetə qoşulma göstəricisi 40 faizi ötüb. 2013-cü ildə yalnız İsveçrə bu ölkələr siyahısında var idi.
ABŞ internet istifadəçilərinin sayına görə dünyada 19-cu yeri tutmaqla digər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələri, xüsusilə Almaniyanı (20-ci yer) və Avstraliyanı (21) qabaqlayır, lakin Birləşmiş Krallıq (12-ci yer), Yaponiya (15) və Kanadadan (16) geri qalır. Bundan başqa, ABŞ adambaşına düşən genişzolaqlı stasionar rabitə istifadəçilərinin sayına görə 20-ci yerdən 24-cü yerə enməklə Yaponiyadan sonrakı pillədə qərarlaşıb, eləcə də Makao (Çin) və Estoniyanı üstələyib.
Hazırda ümumilikdə internet istifadəçilərinin sayının ümumi əhalinin sayının 50 faizinə bərabər olduğu 50 ölkə var. 2013-cü ildə bu göstərici 70 ölkə təşkil edib. İnternetə qoşulma göstəricisinə görə ilk on ölkə Avropada yerləşir. Bu göstərici üzrə dünyada birinci yeri əhalisinin 96,5 faizinin internetə qoşulduğu İslandiya tutur. Qoşulma üzrə ən aşağı göstəricilərə əsasən Sahara səhrasının cənubunda yerləşən və əhalinin 2 faizinin internetdən yararlandığı Afrika ölkələri malikdir. Bu regionda internetə qoşulma üzrə göstəricilər Efiopiyada 1,9, Nigeriyada 1,7, Sierra Leonedə 1,7, Qvineyada 1,6, Somalidə 1,5, Burundidə 1,3, Eritreyada 0,9 faiz təşkil edir. Bundan əlavə, Cənubi Sudanda ümumiyyətlə internetə qoşulma yoxdur. İnternetə qoşulmaya görə hamıdan ən çox geri qalan ölkələr onluğunu Myanma (1,2 faiz) və Timor-Leste (1,1 faiz) tamamlayır, - “ www.cnews.ru” yazır.
Baxış sayı: 900
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib