Tarix:23/09/14
Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, sosial şəbəkələrin istifadəçilərinin sayı artdıqca onların təhlükəsizlik məsələləri də gündəmə gəlir. Sosial şəbəkə istifadəçilərinin ən çox qarşılaşdığı problemlər – hesablarının başqaları tərəfindən oğurlanması, onların adına saxta hesabların yaradılması, sosial şəbəkə vasitəsilə spam və virusların yayılması, istifadəçilərə məxsus şəkillərin xoşagəlməz şəkildə paylaşılması kimi hallardır. Yeni hazırlanan kitabda ETM «Facebook»da təhlükəsizlik məsələləri və arzuolunmaz hallarla mübarizə üsullarını qeyd edir.
ETM-dən bildirilib ki, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə hazırlanan maarifləndirici kitabça informasiya təhlükəsizliyi mövzusunda məlumatlandırma və tövsiyə xarakteri daşıyır. Kitabçanın elektron versiyası tezliklə ETM-in rəsmi internet resursunda yerləşdiriləcək.
Aynur Vəliyeva
Elektron Təhlükəsizlik Mərkəzi «Facebook»da təhlükəsizliyin təmin edilməsi üsullarını öz saytında paylaşacaq
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi «Facebook»da informasiya təhlükəsizliyinə dair maarifləndirici kitabça hazırlayıb.Mərkəzdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, sosial şəbəkələrin istifadəçilərinin sayı artdıqca onların təhlükəsizlik məsələləri də gündəmə gəlir. Sosial şəbəkə istifadəçilərinin ən çox qarşılaşdığı problemlər – hesablarının başqaları tərəfindən oğurlanması, onların adına saxta hesabların yaradılması, sosial şəbəkə vasitəsilə spam və virusların yayılması, istifadəçilərə məxsus şəkillərin xoşagəlməz şəkildə paylaşılması kimi hallardır. Yeni hazırlanan kitabda ETM «Facebook»da təhlükəsizlik məsələləri və arzuolunmaz hallarla mübarizə üsullarını qeyd edir.
ETM-dən bildirilib ki, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə hazırlanan maarifləndirici kitabça informasiya təhlükəsizliyi mövzusunda məlumatlandırma və tövsiyə xarakteri daşıyır. Kitabçanın elektron versiyası tezliklə ETM-in rəsmi internet resursunda yerləşdiriləcək.
Aynur Vəliyeva
Baxış sayı: 1098
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı