12px13px15px17px
Tarix:23/09/14

NDU-da elektron təlim sistemi üçün 8 kontent yaradılacaq

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) sentyabrın 22-də "Naxçıvan Dövlət Universiteti (NDU) üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsi çərçivəsində ezam etdiyi koreyalı mütəxəssislərdən ibarət qrup dekabrın 5-dək Azərbaycanda olacaq.

 

Mütəxəssislərin ezamiyyəti portal, distant təhsil, akademik işlər üzrə sistemin və avadanlıqların quraşdırılması, əməliyyatlarla bağlı biliklərin öyrədilməsi, eləcə də yekun yoxlamanın aparılması və qarşılıqlı razılaşmalardan sonra yeni sistemin işə salınması məqsədi daşıyır. Həmçinin ekspertlər sistemin idarəsini və stabilləşdirilməsini, elektron təlim sistemi üçün 8 kontentin yaradılmasına yardımçı olacaq və istifadəçilər üçün təlim proqramını həyata keçirəcək.

 

Şəbəkənin sürətinin təkmilləşdirilməsi, portalın və əsas domenin ilkin hazırlıqları və sertifikatların verilməsi sisteminin formatı ilə bağlı daha dərin müzakirələr isə tərəflər arasında növbəti ay ərzində keçiriləcək.

 

"KOICA" layihə çərçivəsində Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və işçiləri üçün iki dəfə təqaüd proqramı təşkil edib. Bununla əlaqədar olaraq Naxçıvan Dövlət Universitetinin rəhbər səviyyəli nümayəndələri sentyabrın 21-də Koreyaya yola düşüb, səfər sentyabrın 27-dək davam edəcək. Layihə çərçivəsində keçirilən  bu təqaüd proqramının məqsədi NDU-nun Təhsil İnformasiya Sisteminin idarəsi ilə bağlı texniki bilikləri möhkəmləndirmək, Koreyanın qabaqcıl universitetlərinin Təhsil İnformasiya Sistemi ilə tanış olmaq və Koreya ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığa töhfə verməkdən  ibarətdir.

 

Qeyd edək ki, "Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" 3,5 milyon ABŞ dolları dəyərində büdcəyə malik 24 aylıq layihədir. Layihə idarəçilik işlərində səmərəliliyin artırılması və tələbələr üçün onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. daxil olan elektron təhsil şəbəkəsinin yaradılmasını, müasir İKT avadanlıqlarının yaradılması ilə rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsini, Koreya texnologiyasının nou-hausu və inkişaf təcrübəsinin bölüşülməsi ilə Azərbaycanda insan resurslarının inkişafına töhfə verilməsi və İKT-nin gücləndirilməsinin təşviq edilməsini nəzərdə tutur.





Baxış sayı: 1043

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024