Tarix:23/09/14
“Milli Net”in təşkilat komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, iddiaçılar “www.millinet.az” saytında qeydiyyatdan keçərək öz internet resursları və internet layihələrini təqdim edə bilərlər.
Milli internet resurslarının builki yarışmasına 2 yeni nominasiya – “Qarabağ haqqında saytlar“ və “Mobil tətbiqlər” nominasiyaları daxil edilib. Dövlət və bələdiyyə resursları nominasiyasının adı dəyişdirilərək “Elektron hökumət” nominasiyası adlandırılıb.
Beləliklə, “Milli Net 2014” yarışması 14 nominasiya üzrə keçiriləcək:
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və 25 noyabrda qeydiyyat başa çatacaq. Qiymətləndirmə prosesi dekabrın 15-dək davam edəcək. “Milli Net 2014” yekun təqdimat mərasiminin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.
Ötən ildə olduğu kimi, saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Hazırda Münsiflər Heyətinin formalaşdırılması prosesi davam edir.
Münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir. Münsiflər Heyətinin verdiyi səslər müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və “www.millinet.az” saytında yerləşdirilir. Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlər əsaslandırılır.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “Milli Net”-in keçirilməsində məqsəd Azərbaycan internetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir. Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azercell” və “Delta Telekom” şirkətləri dəstək verir.
Aynur Vəliyeva
“Milli Net 2014” milli internet mükafatına start verilir
Azərbaycanda sentyabrın 25-dən “Milli Net” Milli İnternet Mükafatına start verilir.“Milli Net”in təşkilat komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, iddiaçılar “www.millinet.az” saytında qeydiyyatdan keçərək öz internet resursları və internet layihələrini təqdim edə bilərlər.
Milli internet resurslarının builki yarışmasına 2 yeni nominasiya – “Qarabağ haqqında saytlar“ və “Mobil tətbiqlər” nominasiyaları daxil edilib. Dövlət və bələdiyyə resursları nominasiyasının adı dəyişdirilərək “Elektron hökumət” nominasiyası adlandırılıb.
Beləliklə, “Milli Net 2014” yarışması 14 nominasiya üzrə keçiriləcək:
- Korporativ saytlar
- İctimai-sosial saytlar
- Media və İnformasiya
- Mədəniyyət, incəsənət və turizm saytları
- Ailə, uşaq və sağlamlıq
- Asudə vaxt, idman və əyləncə
- Bloqlar
- Elm və təhsil
- Elektron hökumət
- Xidmət (Servis)
- Qarabağ haqqında saytlar
- İstifadəçi kontenti üzərində qurulmuş saytlar
- Mobil tətbiqlər
- Ən yaxşı sosial şəbəkə səhifəsi
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və 25 noyabrda qeydiyyat başa çatacaq. Qiymətləndirmə prosesi dekabrın 15-dək davam edəcək. “Milli Net 2014” yekun təqdimat mərasiminin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.
Ötən ildə olduğu kimi, saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Hazırda Münsiflər Heyətinin formalaşdırılması prosesi davam edir.
Münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir. Münsiflər Heyətinin verdiyi səslər müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və “www.millinet.az” saytında yerləşdirilir. Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlər əsaslandırılır.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “Milli Net”-in keçirilməsində məqsəd Azərbaycan internetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir. Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azercell” və “Delta Telekom” şirkətləri dəstək verir.
Aynur Vəliyeva
Baxış sayı: 1150
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib