Tarix:24/09/14
Tədbirlər Planına əsasən, sentyabrın 30-dək Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində peşə bayramı günü ərəfəsində istifadəyə veriləcək yeni rabitə obyektlərinin və keçiriləcək tədbirlərin siyahısının hazırlanması, dekabrın 6-dək obyektlərin istifadəyə verilməsi və tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Oktyabr-noyabr aylarında “Rabitə və informasiya texnologiyalarının dinamik inkişaf yolu” mövzusunda məqalə, “Rabitə və informasiya texnologiyalarının dünəni, bu günü və gələcəyi” mövzusunda gənclər və uşaqlar arasında ən yaxşı rəsm, “Texnologiyalar və biz” adlı ən yaxşı foto müsabiqələrinin, eləcə də rabitə birlik və müəssisələri arasında “Sağlamlıq-2014” respublika spartakiadasının keçirilməsi planlaşdırılır.
Bu tədbirlərdən əlavə, noyabr ayında rabitəçilər arasında ən peşəkar “şəbəkə inzibatçısı”, “proqramçı”, “mis və optik kabel calayıcısı”, “xətt qurğuları montyoru”, “poçtalyon” və “əməliyyatçı” adı uğrunda müsabiqə (birlik və müəssisələr üzrə və respublika üzrə) keçiriləcək.
Həmçinin noyabrın 15-dək əməkdə fərqlənən və uzun müddət rabitə sahəsində qüsursuz çalışan rabitəçilərin əməyinin qiymətləndirilməsi məqsədi ilə təkliflərin hazırlanması, dekabrın 5-dək veteranlarla, rabitəçi şəhid ailələri və təqaüddə olan rabitəçilərlə rabitə müəssisələrində görüşlərin keçirilməsi, dekabrın 1-dən 5-dək RYTN və Naxçıvan MR RİTN-in birlik və müəssisələrində təntənəli yığıncaqların keçirilməsi, rabitə sahəsində xüsusi xidməti olan qabaqcıl işçilərin mükafatlandırılması Tədbirlər Planına daxildir.
Noyabr ayının 25-dək peşə bayramı günü ilə əlaqədar (buklet, broşür, təqvim və s.) hazırlanması, dekabrın 6-dək peşə bayramı gününə dair tədbirlərin keçirilməsi ilə bağlı məlumatların RYTN-in, Naxçıvan MR RİTN-in birlik və müəssisələrinin internet səhifələrində yerləşdirilməsi görüləcək tədbirlər sırasındadır.
Eyni zamanda noyabr-dekabr aylarında əhaliyə təqdim olunan rabitə xidmətləri üzrə güzəşt kampaniyaları təşkil olunacaq.
Dekabrın 6-da ulu öndər Heydər Əliyevin məzarının ziyarət edilməsi də Tədbirlər Planında əksini tapıb.
Azərbaycanda telefon rabitəsinin yaradılmasının 133 illiyi ilə əlaqədar Tədbirlər Planı təsdiqlənib
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramının keçirilməsi və Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 133 illiyi ilə əlaqədar Tədbirlər Planını təsdiqləyib.Tədbirlər Planına əsasən, sentyabrın 30-dək Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində peşə bayramı günü ərəfəsində istifadəyə veriləcək yeni rabitə obyektlərinin və keçiriləcək tədbirlərin siyahısının hazırlanması, dekabrın 6-dək obyektlərin istifadəyə verilməsi və tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Oktyabr-noyabr aylarında “Rabitə və informasiya texnologiyalarının dinamik inkişaf yolu” mövzusunda məqalə, “Rabitə və informasiya texnologiyalarının dünəni, bu günü və gələcəyi” mövzusunda gənclər və uşaqlar arasında ən yaxşı rəsm, “Texnologiyalar və biz” adlı ən yaxşı foto müsabiqələrinin, eləcə də rabitə birlik və müəssisələri arasında “Sağlamlıq-2014” respublika spartakiadasının keçirilməsi planlaşdırılır.
Bu tədbirlərdən əlavə, noyabr ayında rabitəçilər arasında ən peşəkar “şəbəkə inzibatçısı”, “proqramçı”, “mis və optik kabel calayıcısı”, “xətt qurğuları montyoru”, “poçtalyon” və “əməliyyatçı” adı uğrunda müsabiqə (birlik və müəssisələr üzrə və respublika üzrə) keçiriləcək.
Həmçinin noyabrın 15-dək əməkdə fərqlənən və uzun müddət rabitə sahəsində qüsursuz çalışan rabitəçilərin əməyinin qiymətləndirilməsi məqsədi ilə təkliflərin hazırlanması, dekabrın 5-dək veteranlarla, rabitəçi şəhid ailələri və təqaüddə olan rabitəçilərlə rabitə müəssisələrində görüşlərin keçirilməsi, dekabrın 1-dən 5-dək RYTN və Naxçıvan MR RİTN-in birlik və müəssisələrində təntənəli yığıncaqların keçirilməsi, rabitə sahəsində xüsusi xidməti olan qabaqcıl işçilərin mükafatlandırılması Tədbirlər Planına daxildir.
Noyabr ayının 25-dək peşə bayramı günü ilə əlaqədar (buklet, broşür, təqvim və s.) hazırlanması, dekabrın 6-dək peşə bayramı gününə dair tədbirlərin keçirilməsi ilə bağlı məlumatların RYTN-in, Naxçıvan MR RİTN-in birlik və müəssisələrinin internet səhifələrində yerləşdirilməsi görüləcək tədbirlər sırasındadır.
Eyni zamanda noyabr-dekabr aylarında əhaliyə təqdim olunan rabitə xidmətləri üzrə güzəşt kampaniyaları təşkil olunacaq.
Dekabrın 6-da ulu öndər Heydər Əliyevin məzarının ziyarət edilməsi də Tədbirlər Planında əksini tapıb.
Baxış sayı: 999
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı