Tarix:24/09/14
ABŞ istehlakçıların məmnunluq indeksinin (American Customer Satisfaction Index, ACSI) növbəti hesabatı “Apple” fərdi kompüterlərinin liderliyini sübut edib. Hesabatın müəllifləri "alma" qurğularına məmnunluq dərəcəsini 84 bal qiymətləndiriblər. 2013-cü ildə bu göstərici 3 bal çox olub.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, amerikalıların sevimli brendləri reytinqində 76 bal toplamış “Dell” və “Acer” şirkətləri “Apple”ın ən yaxın izləyiciləridir. “Dell”in ötənilki göstəricisi 79, “Acer”də 77 bal olub.
“Hewlett-Packard” (HP) bir ildə xeyli geriləyib: “ACSI” müəlliflərinin versiyasına görə, şirkətin kompüterlərinin məmnunluq reytinqi ötən illə müqayisədə 6 bal azalaraq 74 olub. Nəticədə “HP” yalnız “Apple”, “Dell” və “Acer”dən deyil, həm də Yaponiyanın “Toshiba” şirkətindən geri düşüb.
İstehlakçıların yüksək məmnunluğu həmişə yüksək satışlarla uyğun gəlmir, amma ənənəvi yüksək keyfiyyət və satışdan sonrakı dəstək kimi amillər “Apple”ın xeyrinədir.
Emil Hüseynov
ABŞ-da istehlakçılar ən yaxşı fərdi kompüterləri təyin ediblər
Kompüter bazarında eniş mərhələsinin başa çatmasına baxmayaraq, istehlakçıların bu məhsula “sevgisi” azalır.ABŞ istehlakçıların məmnunluq indeksinin (American Customer Satisfaction Index, ACSI) növbəti hesabatı “Apple” fərdi kompüterlərinin liderliyini sübut edib. Hesabatın müəllifləri "alma" qurğularına məmnunluq dərəcəsini 84 bal qiymətləndiriblər. 2013-cü ildə bu göstərici 3 bal çox olub.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, amerikalıların sevimli brendləri reytinqində 76 bal toplamış “Dell” və “Acer” şirkətləri “Apple”ın ən yaxın izləyiciləridir. “Dell”in ötənilki göstəricisi 79, “Acer”də 77 bal olub.
“Hewlett-Packard” (HP) bir ildə xeyli geriləyib: “ACSI” müəlliflərinin versiyasına görə, şirkətin kompüterlərinin məmnunluq reytinqi ötən illə müqayisədə 6 bal azalaraq 74 olub. Nəticədə “HP” yalnız “Apple”, “Dell” və “Acer”dən deyil, həm də Yaponiyanın “Toshiba” şirkətindən geri düşüb.
İstehlakçıların yüksək məmnunluğu həmişə yüksək satışlarla uyğun gəlmir, amma ənənəvi yüksək keyfiyyət və satışdan sonrakı dəstək kimi amillər “Apple”ın xeyrinədir.
Emil Hüseynov
Baxış sayı: 955
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır