12px13px15px17px
Tarix:24/09/14

«Sağlamlıq-2014» Respublika Spartakiadasının təntənəli açılış mərasimi keçiriləcək

Bu ilin oktyabrın 25-də  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Rabitə İşçiləri Müstəqil  Həmkarlar İttifaqı Respublika Komitəsi və «Spartak» İdman Cəmiyyətinin təşkilatçılığı ilə rabitə və informasiya texnologiyaları işçilərinin «Sağlamlıq-2014» Respublika Spartakiadasının təntənəli açılış mərasimi keçiriləcək.
 

Spartakiadanın keçirilməsində məqsəd rabitəçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etmək və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının ( AHİTA)  keçirəcəyi nazirliklərarası spartakiadada rabitə işçilərinin yığma komandasını formalaşdırmaqdan ibarətdir.
 

 Nazirlik tərəfindən “Sağlamlıq-2014” Respublika Spartakiadasının keçirilməsi ilə əlaqədar artıq hazırlıq tədbirlərinə başlanılıb.
 

 Əvvəlki illərdə olduğu kimi, ənənəvi olaraq bu il də spartakiadanın yüksək səviyyədə təşkili nəzərdə tutulub. Artıq bu məqsədlə tədbirlər planı təsdiq edilib. Spartakiadada bölgələrdən olan idmançılarla yanaşı, rabitəçi veteranların da iştirakı nəzərdə tutulub.

 «Sağlamlıq-2014» Respublika Spartakiadasının təşkili Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. Spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışların keçirilməsinə rəhbərlik bilavasitə «Spartak» İC-nin Respublika Şurasına və Baş Hakimlər Kollegiyasına həvalə olunub.

Spartakiadanın kütləviliyinin təmin olunması ilə əlaqədar RYTN-in kollegiyasının, RİHMİRK-nın və «Spartak» İC-nin Respublika Şurasının rəyasət heyətlərinin birgə qərarları ilə təsdiq olunmuş idman növləri üzrə yarışların əsasnamələri spartakiadada iştirak etmək üçün rabitə idarə, birlik, müəssisə və təşkilatlarına, o cümlədən özəl qurumlara göndərilir.

İdmanın atletiko-kross, voleybol, mini-futbol, kəndirdartma, nərd, şahmat, dama, ağırlıqqaldırma və ilk dəfə olaraq güllə atıcılığı növü üzrə keçiriləcək builki spartakiadada “Aztelekom” İB, BTRİB, ”Azərkosmos” ASC,  “Teleradio” İB , “Azərpoçt” MMC, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM), Hərbiləşdirilmiş Mühafizə İdarəsi, Dövlət Radiotezliklər İdarəsi,  Məlumat Hesablama Mərkəzi və özəl şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir.

Yarışlar oktyabr ayının 25-dən noyabr ayının 26-na kimi Bakının ayrı-ayrı idman qurğularında keçiriləcək.

  Spartakiadanın ümumkomanda birinciliyində 1-3-cü yerləri tutan komandalar xatirə kubokları, ayrı-ayrı idman növlərində 1-3-cü yerləri tutan komandaların üzvləri və şəxsi yarışlarda 1-ci yeri tutan idmançılar qiymətli hədiyyələrlə təltif olunacaqlar.
 

RƏVAN



Baxış sayı: 1102

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024