Tarix:25/09/14
Yeni “Lighting Solutions” strukturuna bir neçə istiqamət, o cümlədən işıq diodlu lampalar, işıqlandırma sistemləri daxil olacaq. Öz növbəsində “HealthTech” diqqətini vizuallaşdırma sistemi həllərinə, xəstələrə qayğı informasiya sistemlərinə, eləcə də şəxsi gigiyena üçün məişət cihazları və texnikaya yönəldəcək.
Dəyişikliklər nəticəsində “Philips” 2016-cı ilədək 300 milyon avroya qənaət etməyi düşünür. Bununla yanaşı, şirkətdə baş verən dəyişikliklərə yaxın iki ildə 50 milyon avro sərf olunacaq.
Son illər Niderland istehsalçısı diqqətini inkişaf etməkdə olan sahələrə yönəltmək istəyir. Müxtəlif bizneslərin ayrı-ayrı şirkətlərə bölünməsi ilə bağlı plan bu istiqamətdə atılan addımlardan biridir. İstehsalçı 2015-ci ildə strukturun yenidən qurulması ilə bağlı ətraflı məlumat verəcək, - “www.vesti.ru” yazır.
Niderland istehsalçısı iki şirkətə bölünəcək
Niderlandın elektronika istehsalçısı “Philips” şirkəti biznesinin iki hissəyə bölünməsini bəyan edib. “Lighting Solutions” adlanan birinci şirkət işıqlandırma cihazları istehsal edəcək, ikincisi - “HealthTech” səhiyyə üçün mallar və istehlak texnikası buraxacaq. Hər iki şirkət “Philips” brendini özündə saxlayacaq.Yeni “Lighting Solutions” strukturuna bir neçə istiqamət, o cümlədən işıq diodlu lampalar, işıqlandırma sistemləri daxil olacaq. Öz növbəsində “HealthTech” diqqətini vizuallaşdırma sistemi həllərinə, xəstələrə qayğı informasiya sistemlərinə, eləcə də şəxsi gigiyena üçün məişət cihazları və texnikaya yönəldəcək.
Dəyişikliklər nəticəsində “Philips” 2016-cı ilədək 300 milyon avroya qənaət etməyi düşünür. Bununla yanaşı, şirkətdə baş verən dəyişikliklərə yaxın iki ildə 50 milyon avro sərf olunacaq.
Son illər Niderland istehsalçısı diqqətini inkişaf etməkdə olan sahələrə yönəltmək istəyir. Müxtəlif bizneslərin ayrı-ayrı şirkətlərə bölünməsi ilə bağlı plan bu istiqamətdə atılan addımlardan biridir. İstehsalçı 2015-ci ildə strukturun yenidən qurulması ilə bağlı ətraflı məlumat verəcək, - “www.vesti.ru” yazır.
Baxış sayı: 926
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır