12px13px15px17px
Tarix:25/09/14

2017-ci ildə kiçik və orta ölçülü “LCD” panellərin 35 faizi Çində istehsal olunacaq

“Digitimes Research” analitik şirkətinin məlumatına görə, 2017-ci ilədək Çində istehsal olunan kiçik və orta diaqonallı “TFT LCD” panellərin payı 35 faizədək artacaq. Bu, göstəricinin 15,5 faizə bərabər olduğu 2011-ci ildən iki dəfə çoxdur. İriölçülü “TFT LCD” panellər seqmentində də Çin texnikasını uğur gözləyir. Burada 2017-ci ildə ölkənin payının 2011-ci ildəki 5,3 faizdən 25,5 faizədək artacağı gözlənilir.
 
 
Qeyd etmək lazımdır ki, statistikada həm Çinin “LCD” istehsalçıları, həm də zavodları Çində yerləşən beynəlxalq şirkətlər nəzərə alınıb. 2017-ci ildə Çin istehsalçıları kiçik və orta ölçülü “LCD” panellərin 33 faizini, eləcə də iriölçülü panellərin 17 faizini istehsal edəcək. Qalan pay zavodları Çində fəaliyyət göstərən beynəlxalq şirkətlərə məxsus olacaq.
 
 
“BOE” şirkəti hazırda Çinin iri “LCD” panel istehsalçısıdır və vəziyyətin bir neçə il belə davam edəcəyi gözlənilir. 2017-ci il üçün olan proqnoza görə, Çinin panel istehsalçılarının gəlirlərinin 38 faizinə “BOE” şirkəti sahib çıxacaq. Bununla yanaşı, 2018-ci ildə bu göstəricinin şirkət tərəfindən "LTPS”, “TFT LCD”, “AMOLED” və “Oxide TFT LCD” kimi texnologiyaların tətbiqi ilə əlaqədar 40 faizədək artacağı ehtimal edilir.
 
 
“Digitimes Research” analitikləri 2017-ci il üçün “TFT LCD” bazarı (bütün ölçülü və diaqonallı) üzrə ümumi proqnoz da veriblər. Proqnoza əsasən, Çin istehsalçılarının payı 17,4 faiz (2013-cü ilin yekunları üzrə bu göstərici 11,4 faiz olub) təşkil edəcək, - " www.it-weekly.ru” yazır.  
 



Baxış sayı: 983

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024