Tarix:25/09/14
“GoldenPay”dan verilən məlumata görə, proqram inkişaf etmiş ölkələrin təcrübəli şirkət rəhbərləri və direktorları tərəfindən qabaqcıl biznes vərdişlərinin əldə edilməsi və rəqabət qabiliyyətinin artırılması üçün məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutur.
Proqram çərçivəsində “GoldenPay” ASC inkişaf strategiyasının icrası üçün idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, investisiya üçün maliyyə vəsaitlərinin cəlb edilməsi, texnologiya sahəsində nou-hav transferi və beynəlxalq bazarlarda fəaliyyətə hazırlıq üçün məsləhət xidmətlərindən yararlanacaqdır.
“GoldenPay” şirkətinin təklif etdiyi xidmətlər bazarda əhəmiyyətli mövqeyə malikdir və bu şirkətlə çalışmaq mənim üçün maraqlıdır. Şirkətin inkişaf üçün dəqiq müəyyən edilmiş baxışı (vizyonu), ona nail olmaq üçün motivasiya və kompetensiyası vardır. Mən şirkətə növbəti strateji inkişaf səviyyəsinə çatmaq üçün kömək edəcəyim üçün şadam” - deyə proqram çərçivəsində cəlb edilmiş konsultant, Danimarkanın “SimCorp” şirkətinin keçmiş rəhbəri cənab Peter Lorens Ravn bildirib.
18-22 sentyabr tarixlərində cənab Peter Lorens Ravnın Bakıya ilk səfəri artıq başa çatıb. Proqramın 12-18 ay müddətinə həyata keçirilməsi nəzərdə tutulub və xərclərin 10% “GoldenPay” ASC, 90% isə EBRD-nin qrantı hesabına təmin edilir.
Xatırladaq ki, 3 sentyabr 2014-cü il tarixində “GoldenPay” şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmişdir. İclasda şirkətin növbəti 5 ilə inkişaf strategiyası və onun icra mexanizmləri müzakirə olunmuşdur. Səhmdarlar strategiyanın icrası üçün tələb olunan maliyyə resurslarının bir hissəsinin şirkətin səhmlərinin birjada kütləvi satışı (İPO) vasitəsilə cəlb edilməsinə qərar vermişdir. Bununla əlaqədar, şirkətin idarə heyətinə İPO şərtlərinin müəyyənləşdirilməsi və digər investisiya bankçılığı xidmətlərinin alınması üçün “PaşaBank” ASC ilə müqavilə imzalamaq səlahiyyəti verilmişdi.
“GoldenPay” ASC, Azərbaycanın ən böyük elektron xidmətlər portalı olan “Hesab.az” portalının sahibidir. “Hesab.az” mobil operatorlar, kommunal (elektrik, qaz, su və stasionar telefonlar) şirkətlər, internet provayderlər və kabel televiziyası operatorlarının xidmətlərini bank kartları vasitəsi ilə onlayn ödəmək imkanı verir. Həmçinin, portalda lizinq və bank kreditlərinin ödənişi, kredit və lizinq üçün müraciət və sığorta polislərinin onlayn rejimdə əldə edilməsi xidmətləri də göstərilir. Hazırda portalın 130 mindən çox istifadəçisi vardır. İstifadəçilərə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir.
RƏVAN
“GoldenPay” ASC “Şirkətlərin Böyümə Proqramı”na qoşulub
“GoldenPay” ASC Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) kiçik və orta şirkətlərə dəstəyi çərçivəsində icra olunan “Şirkətlərin Böyümə Proqramı”na (EGP) qoşulub.“GoldenPay”dan verilən məlumata görə, proqram inkişaf etmiş ölkələrin təcrübəli şirkət rəhbərləri və direktorları tərəfindən qabaqcıl biznes vərdişlərinin əldə edilməsi və rəqabət qabiliyyətinin artırılması üçün məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutur.
Proqram çərçivəsində “GoldenPay” ASC inkişaf strategiyasının icrası üçün idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, investisiya üçün maliyyə vəsaitlərinin cəlb edilməsi, texnologiya sahəsində nou-hav transferi və beynəlxalq bazarlarda fəaliyyətə hazırlıq üçün məsləhət xidmətlərindən yararlanacaqdır.
“GoldenPay” şirkətinin təklif etdiyi xidmətlər bazarda əhəmiyyətli mövqeyə malikdir və bu şirkətlə çalışmaq mənim üçün maraqlıdır. Şirkətin inkişaf üçün dəqiq müəyyən edilmiş baxışı (vizyonu), ona nail olmaq üçün motivasiya və kompetensiyası vardır. Mən şirkətə növbəti strateji inkişaf səviyyəsinə çatmaq üçün kömək edəcəyim üçün şadam” - deyə proqram çərçivəsində cəlb edilmiş konsultant, Danimarkanın “SimCorp” şirkətinin keçmiş rəhbəri cənab Peter Lorens Ravn bildirib.
18-22 sentyabr tarixlərində cənab Peter Lorens Ravnın Bakıya ilk səfəri artıq başa çatıb. Proqramın 12-18 ay müddətinə həyata keçirilməsi nəzərdə tutulub və xərclərin 10% “GoldenPay” ASC, 90% isə EBRD-nin qrantı hesabına təmin edilir.
Xatırladaq ki, 3 sentyabr 2014-cü il tarixində “GoldenPay” şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmişdir. İclasda şirkətin növbəti 5 ilə inkişaf strategiyası və onun icra mexanizmləri müzakirə olunmuşdur. Səhmdarlar strategiyanın icrası üçün tələb olunan maliyyə resurslarının bir hissəsinin şirkətin səhmlərinin birjada kütləvi satışı (İPO) vasitəsilə cəlb edilməsinə qərar vermişdir. Bununla əlaqədar, şirkətin idarə heyətinə İPO şərtlərinin müəyyənləşdirilməsi və digər investisiya bankçılığı xidmətlərinin alınması üçün “PaşaBank” ASC ilə müqavilə imzalamaq səlahiyyəti verilmişdi.
“GoldenPay” ASC, Azərbaycanın ən böyük elektron xidmətlər portalı olan “Hesab.az” portalının sahibidir. “Hesab.az” mobil operatorlar, kommunal (elektrik, qaz, su və stasionar telefonlar) şirkətlər, internet provayderlər və kabel televiziyası operatorlarının xidmətlərini bank kartları vasitəsi ilə onlayn ödəmək imkanı verir. Həmçinin, portalda lizinq və bank kreditlərinin ödənişi, kredit və lizinq üçün müraciət və sığorta polislərinin onlayn rejimdə əldə edilməsi xidmətləri də göstərilir. Hazırda portalın 130 mindən çox istifadəçisi vardır. İstifadəçilərə “Şəxsi kabinet” yaratmaq, ödənişlərin tarixçəsini aparmaq və bonus qazanaraq müxtəlif hədiyyələr üzrə hərraclarda iştirak etmək imkanı təqdim edilir.
RƏVAN
Baxış sayı: 1239
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib