Tarix:25/09/14
Nazirlik qeyd edir ki, bu, islahat tədbirinin uğurla həyata keçirilməsi Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, cari ilin 1 iyulundan tətbiqinə başlanılan əmək müqaviləsi bildirişi üzrə EİS-nin işçi və işəgötürənlərin maraq və mənafelərini aydın şəkildə əks etdirdiyini, onun texniki infrastrukturunun mükəmməl şəkildə hazırlandığını təsdiq edir:
“Yalnız onu qeyd etmək kifayətdir ki, prosesə başlandığı ilk günlərdən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə edilən elektron xidmət növləri sırasında qərar tutub.
Əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsinə xidmət edən bu proses ƏƏSMN tərəfindən əhali, xüsusən işəgötürənlər arasında çoxşaxəli təbliğat-məlumatlandırma işlərinin aparılması ilə müşayiət olunub.
Ölkənin bütün bölgələrində işəgötürənlər üçün “Açıq qapı günü - vətəndaş forumu” çərçivəsində məlumatlandırma tədbirləri həyata keçirilib və onlara əməli köməklik göstərilməsi üçün hər bir regionda “Yardımçı masaları” yaradılıb.
Həmçinin müvafiq metodiki göstərişlər və yardımçı materiallar ƏƏSMN-in rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirilib, nazirliyin "142 Çağrı mərkəzi"nin müvafiq mövzu ilə bağlı olaraq məlumatlandırma funksiyaları genişləndirilib” – deyə ƏƏSMN-dən bildirilib.
SEYMUR
Elektron informasiya sisteminə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı milyonu ötüb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron informasiya sisteminə (EİS) əmək müqaviləsi bildirişlərinin daxil edilərək qeydiyyatdan keçirilməsi prosesi günbəgün sürətlənir. Nazirlikdən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, bu gün EİS-ə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı artıq bir milyonu (1 milyon 1976 bildiriş) ötüb.Nazirlik qeyd edir ki, bu, islahat tədbirinin uğurla həyata keçirilməsi Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, cari ilin 1 iyulundan tətbiqinə başlanılan əmək müqaviləsi bildirişi üzrə EİS-nin işçi və işəgötürənlərin maraq və mənafelərini aydın şəkildə əks etdirdiyini, onun texniki infrastrukturunun mükəmməl şəkildə hazırlandığını təsdiq edir:
“Yalnız onu qeyd etmək kifayətdir ki, prosesə başlandığı ilk günlərdən “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə edilən elektron xidmət növləri sırasında qərar tutub.
Əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsinə xidmət edən bu proses ƏƏSMN tərəfindən əhali, xüsusən işəgötürənlər arasında çoxşaxəli təbliğat-məlumatlandırma işlərinin aparılması ilə müşayiət olunub.
Ölkənin bütün bölgələrində işəgötürənlər üçün “Açıq qapı günü - vətəndaş forumu” çərçivəsində məlumatlandırma tədbirləri həyata keçirilib və onlara əməli köməklik göstərilməsi üçün hər bir regionda “Yardımçı masaları” yaradılıb.
Həmçinin müvafiq metodiki göstərişlər və yardımçı materiallar ƏƏSMN-in rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirilib, nazirliyin "142 Çağrı mərkəzi"nin müvafiq mövzu ilə bağlı olaraq məlumatlandırma funksiyaları genişləndirilib” – deyə ƏƏSMN-dən bildirilib.
SEYMUR
Baxış sayı: 1142
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib