12px13px15px17px
Tarix:25/09/14

İnternet şirkəti ən çox axtarılan universitetlərin adını açıqlayıb

“Google” internet şirkəti istifadəçilərin sorğularını təhlil edərək ən populyar universitetlərin adını açıqlayıb. 
 
Bu onlayn sorğular reytinqi ənənəvi universitet reytinqlərindən çox fərqlənir.
 
Məlumata görə, axtarış sisteminin istifadəçilərində onları ənənəvi universitetlərdən daha çox maraqlandıran onlayn kurslara maraq artıb.
 
Axtarış sistemində daha çox axtarılan iyirmi universitet siyahısında Hindistanın beş ali məktəbi yer alıb.
 
Axtarış sorğuları reytinqində Feniks Universiteti və çoxlu onlayn kurslar təklif edən ABŞ Kommersiya Universiteti liderlik edir.
 
Ötən əsrin 70-ci illərində təsis edilən Feniks Universiteti ABŞ-ın məşhur və hörmətli Harvard, Stenford və Kolumbiya universitetlərini geridə qoyub.
 
“Google” istifadəçiləri arasında populyarlığına görə ikinci yerdə ötən həftə “QS World University Rankings” reytinqi üzrə dünyanın ən yaxşı universiteti seçilən Massaçusets Texnoloji İnstitutu  (MIT) qərarlaşıb. “MIT” həmçinin onlayn kursları ilə məşhurdur.
 
“Google” reytinqində Avropa universitetləri arasında distansiyalı təhsilin pioneri hesab edilən Böyük Britaniyanın Açıq Universiteti liderdir. Bu ali məktəb üçüncü yerlə kifayətlənib.
 
London Universitet Kolleci və London İqtisadiyyat və Politologiya Məktəbi də reytinqdə ənənəvi Oksford və Kembric universitetlərini qabaqlayır.
 
Hindistanın Kerala ştatında yerləşən Kəlküttə Universiteti onlayn sorğular reytinqində dördüncüdür. Hindistanın daha bir ali məktəbi – Anna və Çennai Universiteti ilk onluqda yer alıb.
 
London İqtisadiyyat Məktəbi və London Universitet Kolleci ənənəvi Oksford və Kembric universitetlərini üstələyir.
 
“Google”un tədqiqatında deyilir ki, internet universitetlər üçün əsas bazara çevrilib. Onun köməyi ilə ali məktəblər potensial tələbələr toplaya bilir.
Bundan başqa, internet getdikcə daha çox kursların öyrənilməsi, o cümlədən kütləvi açıq onlayn kurslar (Massive open online courses, MOOC) üçün mühitə çevrilir.
 
2013-cü ildə onlayn kurslara aid sorğuların sayı ənənəvi ali məktəblərin saytlarının sorğularının sayını üstələyib.  
 
2014-cü ildə ABŞ-ın “Coursera” internet təhsili layihəsi sorğuların sayına görə Böyük Britaniyanın bütün ənənəvi universitetlərini qabaqlayıb.
 
Onlayn təhsil sahəsində “edX” və “FutureLearn” kimi digər layihələr də sorğuların sayına görə Böyük Britaniyanın əksər ənənəvi ali məktəblərini üstələyib.
 
İnternetdə 2006-cı ildən tədris materiallarının təqdim edilməsi ilə məşğul olan Xan Akademiyasının layihəsi sorğuların sayına görə XIII əsrdə təşəkkül tapan Kembric Universitetini qabaqlayır.
 
Kornuell Universiteti yanında ali təhsil sahəsində Tədqiqat İnstitutunun direktoru Ronald Erenberqin sözlərinə görə, ali məktəblər internetdə iştıraklarının əhəmiyyətini dərk edir.
 
Professor qeyd edib ki, internet universitetlərin özlərini potensial tələbə və məzunlara təqdim etməsi üçün başlıca üsuldur.
 
Lakin London ali təhsil sahəsində Siyasət İnstitutunun direktoru Nik Hillman hesab edir ki, kütləvi açıq onlayn kursların təsiri şişirdilir.
 
Bununla yanaşı, N.Hillman qeyd edir ki, saytlar tələbə, xüsusilə xarici abituriyentlərin yığımı üçün böyük əhəmiyyətə malikdir, - "BBC” yazır.



Baxış sayı: 1245

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024