12px13px15px17px
Tarix:26/09/14

Azərbaycanın mobil elektron imzanın tətbiqi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim edilib

Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində “İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
 
Konfransın əhatə etdiyi əsas mövzular Avropa Şurasının üzv dövlətlərindəki dövlət xidmətlərinin göstərilməsi üzrə qabaqcıl modellərin müzakirə edilməsi, bu kimi modellərin fəaliyyəti üçün zəruri olan prinsiplər və onların inkişafını təmin edən informasiya texnologiyalarının rolunun nəzərdən keçirilməsi və dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar cari problemlərin və gələcək perspektivlərin müəyyənləşdirilməsi olub.
 
Tədbirdə Avropa Şurasının üzv dövlətlərinin və bir sıra digər dövlətlərin ekspertləri və “vahid məkan” prinsipi üzrə fəaliyyət göstərən xarici dövlət orqanlarının yüksəkvəzifəli rəsmiləri, Avropa Şurasının Katibliyinin əməkdaşları, BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin hazırkı sədri və bir sıra üzvləri, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının və beynəlxalq hökumətlərarası təşkilatların rəsmiləri, habelə özəl şirkətlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
 
 
Konfransda “B.est Solutions” şirkətinin təsisçisi xanım Yana Krimpe dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların tətbiqi mövzusunda çıxış edərək “Asan İmza” mobil elektron imza layihəsi barədə ətraflı məlumat verib. O, mobil imza xidmətinin iş prinsipi və üstünlükləri haqqında danışaraq Azərbaycanda elektron hökumət konsepsiyasının tətbiqi sahəsində effektiv İT həllər və xidmətlərin göstərilməsi istiqamətində rəhbəri olduğu şirkətin təcrübəsini bölüşüb.
 
 
Azərbaycanın bu unikal layihəsinə həsr edilən təqdimat tədbir iştirakçılarının böyük marağına səbəb olub. Konfrans ərzində bir sıra iştirakçı ölkələrin nümayəndələri ilə Azərbaycanın “Asan İmza” mobil elektron imza texnologiyasının tətbiqi istiqamətində danışıqların başlanılmasına dair razılıq əldə olunub.
 
 
Xanım Krimpe çıxışı zamanı onu da vurğulayıb ki, “Asan İmza” xidmətinin ilkin olaraq dövlət xidmətləri üçün nəzərdə tutulduğuna baxmayaraq, bu xidmət özəl sektor üçün də geniş imkanlar yaradır.
 
 
Qeyd edək ki, “B.est Solutions” şirkətinin Vergilər, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində yaratdığı “Asan İmza” (Mobil İmza) platforması elektron xidmətlərə daxil olarkən rəqəmsal imzalar edən vətəndaşların, dövlət qulluqçularının və hüquqi şəxslərin kimliyini təsdiqləyən mobil identifikasiya və imzalama sistemidir.
 
 
SEYMUR



Baxış sayı: 1066

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024