Tarix:26/09/14
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, analitiklərin proqnozuna əsasən, 2014-cü ildə qlobal çıxış nöqtəsinin satış həcmi 176 milyona çatacaq. İstehlak bazarı üçün nəzərdə tutulmuş simsiz marşrutlayıcı və şlüzlər də bu rəqəmə daxildir. Ekspertlər istehlakçının otağında simsiz rabitənin təşkili üçün qurulan "Wi-Fi" qurğular kateqoriyasına məxsus şəbəkə məhsulları bazarının 11%-lik artımını proqnozlaşdırır.
"Genişzolaqlı internetə çıxışın nüfuzetmə səviyyəsi və ev şəraitində istifadə edilən şəbəkəyə çıxış imkanına malik qurğuların sayının artması sayəsində bütün regionlarda inkişaf gözlənilir" – "ABI Research"in əməkdaşı Ceyk Sonders deyib.
"ABI Research"in mart tədqiqatına əsasən, 2013-cü ildə son istehlakçılara satılmış çıxış nöqtələrinin 8%-i 802.11ac spesifikasiyasını dəstəkləyib, 2014-cü ilin nəticəsinə görə, bu göstərici 45%-dək artacaq.
802.11ac standartına uyğun qurğular məlumatların 1,3 Qbit/s sürətlə ötürülməsini təmin edir ki, bu da 802.11n spesifikasiyasının sürət xarakteristikasından üç dəfə çoxdur. Ekspertlərin proqnozuna görə, 2014-cü ilin sonundan etibarən 802.11n texnologiyasının nüfuzetmə səviyyəsi 802.11ac standartının populyarlığı fonunda azalacaq.
Emil Hüseynov
2014-cü ildə “Wi-Fi” avadanlığı bazarının həcmi 11% artacaq
"ABI Research" analitik şirkətinin mütəxəssisləri bildiriblər ki, "Wi-Fi" simsiz şəbəkələri populyardır və tezliklə "802.11ac" standartı bu bazarda ən geniş yayılmış texnologiya olacaq."ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, analitiklərin proqnozuna əsasən, 2014-cü ildə qlobal çıxış nöqtəsinin satış həcmi 176 milyona çatacaq. İstehlak bazarı üçün nəzərdə tutulmuş simsiz marşrutlayıcı və şlüzlər də bu rəqəmə daxildir. Ekspertlər istehlakçının otağında simsiz rabitənin təşkili üçün qurulan "Wi-Fi" qurğular kateqoriyasına məxsus şəbəkə məhsulları bazarının 11%-lik artımını proqnozlaşdırır.
"Genişzolaqlı internetə çıxışın nüfuzetmə səviyyəsi və ev şəraitində istifadə edilən şəbəkəyə çıxış imkanına malik qurğuların sayının artması sayəsində bütün regionlarda inkişaf gözlənilir" – "ABI Research"in əməkdaşı Ceyk Sonders deyib.
"ABI Research"in mart tədqiqatına əsasən, 2013-cü ildə son istehlakçılara satılmış çıxış nöqtələrinin 8%-i 802.11ac spesifikasiyasını dəstəkləyib, 2014-cü ilin nəticəsinə görə, bu göstərici 45%-dək artacaq.
802.11ac standartına uyğun qurğular məlumatların 1,3 Qbit/s sürətlə ötürülməsini təmin edir ki, bu da 802.11n spesifikasiyasının sürət xarakteristikasından üç dəfə çoxdur. Ekspertlərin proqnozuna görə, 2014-cü ilin sonundan etibarən 802.11n texnologiyasının nüfuzetmə səviyyəsi 802.11ac standartının populyarlığı fonunda azalacaq.
Emil Hüseynov
Baxış sayı: 1086
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib