12px13px15px17px
Tarix:26/09/14

“MilliÖn” terminallarında üç bankın kartlarına pul qoymaq imkanı təqdim edilir

“MilliÖn” terminallarında üç bankın kredit və debet kartlarına pul qoymaq imkanı təqdim edilir.
 
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu banklar “Bank Respublika”, “DəmirBank”, “BankStandart”dır.
 
“MilliÖn” xidməti ilə əməkdaşlıq çərçivəsində bankların müştərilərinə terminallarda “Bank Xidmətləri” bölümündə kartlarına vəsait yatırmaq imkanı təqdim edilir. Bu üç bank tərəfindən buraxılan bütün aktiv debet kartların sahibləri “MilliÖn” terminalları vasitəsi ilə hesablarına pul qoya biləcəklər. 

Pulu hesaba iki növ pul vahidində - ABŞ dolları və AZN-də alınan kartların sahibləri qoya bilərlər. Əməliyyatı “MilliÖn”ə məxsus bütün terminallarda etmək mümkündür. 
 
Qeyd edək ki, xidmət əməkhaqqı və saving kartlarının sahibləri üçün mövcud deyil. 
 
Aynur Vəliyeva



Baxış sayı: 3708

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024