12px13px15px17px
Tarix:26/09/14

“Apple” əyilən “iPhone 6 Plus”ları yenisi ilə əvəz edəcək

“Apple” şirkəti “iPhone 6 Plus” istifadəçilərinin tənqidlərinə rəsmi cavab verib. Tənqid edənlər iddia edirlər ki, yeni smartfon, hətta kiçik qüvvənin təsiri ilə öz formasını dəyişə bilər.
 
“Apple” şirkətindən bildirilib ki, bu problem üzrə doqquz müraciət qeydə alınıb. Korpus son dərəcə nadir hallarda əyilir. Bu haqda Kaliforniya nəhənginin bəyanatına istinadən “Bloomberg” agentliyi yazıb.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, şirkətin nümayəndəsi, həmçinin deyib ki, hər iki yeni telefon alüminium çərçivə ilə təchiz edilib. Alüminium çərçivə əlavə möhkəmlik üçün normal istifadə zamanı korpusun deformasiyasının qarşısını alan xüsusi tərkib tərəfindən emal edilib. “Apple” əyilən telefonları yenisi ilə dəyişməyə söz verib.
 
“Apple”ın yeni smartfonlarının əyilməsi problemi internet istifadəçiləri tərəfindən geniş müzakirə edilir və artıq “Twitter”də “# bendgate” heşteqi ilə işarələnir.
 
Emil Hüseynov
 



Baxış sayı: 1959

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024