12px13px15px17px
Tarix:29/09/14

Azərbaycanın internet ödəmə portalı daha bir bankın müştərilərinin işini asanlaşdırıb

Artıq “Yapıkredi Bank Azərbaycan” müştəriləri “Worldcard” və kredit borclarını “Hesab.az” internet ödəmə portalı vasitəsi ilə onlayn qaydada  ödəyə biləcəklər.
 
“ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, “Worldcard” borcunu ödəmək istəyən müştərilər kart nömrəsini və şəxsiyyət vəsiqəsinin PİN kodunu daxil etməklə “Hesab.az”da onlayn ödəniş aparmaq imkanı əldə edirlər.
 
Kredit borcunu ödəyən müştərilərin isə kreditin hesab nömrəsini və şəxsiyyət vəsiqəsinin PİN kodunu daxil etməsi tələb olunur.
 
Qeyd edək ki, ödənişlər yalnız AZN olaraq qəbul olunur və ödəniş zamanı heç bir komissiya tutulmur.
 
CAHANGİR
 



Baxış sayı: 1301

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024