12px13px15px17px
Tarix:30/09/14

Böyük Britaniyanın İKT şirkətləri Azərbaycanda keçirilən Biznes Foruma qatılacaqlar

Oktyabrın 2-də Böyük Britaniya Krallığı biznes nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Böyük Britaniya Biznes Forumu keçiriləcək.
 
Biznes forumda informasiya-kommunikasiya texnologiyaları, tikinti və təhsil sahələrini təmsil edən Böyük Britaniya şirkətləri iştirak edəcəklər.
 
Bu barədə məlumat verən AZPROMO-dan bildirilib ki, Bakı Biznes Mərkəzində (ünvan: Neftçilər prosp., 32) keçiriləcək forumda iştirakçıların qeydiyyatı 10:30-da başlayacaq. Forumda şirkətləri təmsil edəcək şəxslərin adı, soyadı və vəzifəsi qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48,  daxili: 129,108, 119 və ya 120; e-mail: alakbarh@azpromo.az;) Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna bildirilməlidir.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1226

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024